(2).jpg&w=1200)
Press-relizlər / 26.04.2017 / 17:12
Aprelin 26-da Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbə məscidi dini icması tərəfindən “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Amal Məlikov, Qızıldaş qəsəbə məscidi dini icmasının sədri Fərhad Ağayev, Qızıldaş qəsəbəsi Ağsaqqallar şurasının sədri Sərdar Hacıyev, dini icmanın üzvləri, dindarlar və ziyalılar iştirak ediblər.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov çıxışında dini radikalizmlə mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti haqqında məruzə ilə çıxış edib. Natiq dini radikalizm və ekstremizmin fəsadlarından, onunla mübarizə metodlarından da danışıb.
Qızıldaş qəsəbə məscidi dini icmasının sədri Fərhad Ağayev isə dini icmalara göstərilən diqqətə görə dövlət başçısına öz təşəkkürünü bildirib.
Daha sonra Ağsaqqallar şurasının sədri Sərdar Hacıyev, dini icmanın üzvləri, dindarlar mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.