Zaqatala rayonunda "Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə" mövzusunda seminar-treninq baş tutub

Press-relizlər / 25.04.2017 / 17:19

Aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən “İslam Həmrəyliyi İli” çərçivəsində Zaqatala rayonunun Muxax kəndində “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev, DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dini qurumlarla iş üzrə şöbənin tərkibində Dini təhsil sektorunun müdiri Anar Əlizadə, əməkdaşı Namiq Talıbov, Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Malik Bilalov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev Azərbaycanda, o cümlədən Zaqatala rayonunda mövcud olan tolerant dini mühitin qorunmasının vacibliyindən danışıb. 
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dindən siyasi məqsədlər üçün istifadənin yolverilməzliyini və buna qarşı mübarizədə birliyin vacibliyini önə çəkib. O, dini radikallığı teoloji, psixoloji və hüquqi aspektdən təhlil edərək bu mövzudakı mühüm məsələlərə diqqət çəkib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov və QMİ-nin Zaqatala bölgə qazısı Malik Bilalov Zaqatala rayonunda mövcud olan dini durum və  sabitliyin qorunub saxlanılması istiqamətində görülən işlər barədə fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb. 


Son baxılan xəbərlər

Zərdabda “Milli-mənəvi dəyərlərin təbliğində qadınların rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
12.10.2021 / 16:44
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun birillik fəaliyyətinə həsr olunan tədbir keçirilib

Press-relizlər
08.02.2019 / 17:26
Ətraflı oxu

Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir

Açıqlama
03.04.2020 / 11:05
Ətraflı oxu

Los-Ancelesdə Azərbaycan tolerantlığına həsr olunmuş tədbir keçirilib

Press-relizlər
16.05.2018 / 17:35
Ətraflı oxu

Gündüz İsmayılov: "ABŞ Dövlət Departamentinin adıçəkilən hesabatını obyektiv qəbul etmirik”

Xəbərlər
16.06.2020 / 11:25
Ətraflı oxu

Ucarda və Kürdəmirdə maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
05.04.2023 / 16:28
Ətraflı oxu