Suraxanı rayonunda “Mənəvi-əxlaqi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Press-relizlər / 10.04.2017 / 16:23

Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Suraxanı Rayonu 232 saylı tam orta məktəbdə “İslam Həmrəyli İli” çərçivəsində “Mənəvi-əxlaqi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Suraxanı Rayonu 232 saylı tam orta məktəbin direktoru Məhluqə Əzizova qonaqları salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin düşünülmüş və vaxtında atılmış addım olduğunu bildirib. Milli-mənəvi dəyərlərimizin təhsil müəssisələrində aşılanmasının olduqca vacib olduğunu bildirən məktəb direktoru şagirdlərin bu istiqamətdə rəsm, təsviri nümunələr, işğal altındakı tarixi-dini abidələrimizin maketlərindən ibarət sərgi hazırladıqlarını iştirakçıların diqqətinə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov İslamın elmə təşviqi, mənəvi-əxlaqi dəyərlər mövzusunda məruzə edib. Natiq ənənəvi İslam dəyərlərinin düzgün təbliğinin aparılmasında gənclərin fəallığından və onların üzərlərinə düşən vəzifələrdən  danışıb. N. Məmmədov gənclərin ekstremist təmayüllü dini cərəyanların təsirlərindən qorunması üçün milli-mənəvi dəyərlərə söykənən həqiqi dini dəyərlərlə bəslənməsinin, dövlətinə bağlı, sədaqətli, vətənpərvər ruhda tərbiyə olunmasının vacibliyini önə çəkib
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Daxili layihələrin qiymətləndirilməsi sektorunun məsləhətçisi Elvin Hətəmov məktəb şagirdlərinə müxtəlif nailiyyətlərinə görə sertifikatlar təqdim edib.
Sonda şagirdləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
  


Son baxılan xəbərlər

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.03.2019 / 09:25
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Neftçalada vətəndaşların müraciətlərini dinləyəcək

Press-relizlər
24.11.2017 / 18:00
Ətraflı oxu

Sabirabadda dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
25.01.2018 / 16:17
Ətraflı oxu

Lənkəranda "Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusu müzakirə olunub

Press-relizlər
27.10.2022 / 11:01
Ətraflı oxu

Qaxda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
17.02.2022 / 11:34
Ətraflı oxu

Prezident İlham Əliyev: "Biz həm tarixi ədaləti bərpa edirik, həm bizim dini-mənəvi dəyərlərimizə sədaqət ...

Xəbərlər
11.10.2021 / 10:29
Ətraflı oxu