Şəkidə “İslam həmrəyliyinin Azərbaycanda və dünyada inkişafının əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər / 07.04.2017 / 12:37

Aprelin 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi və  Şəki Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin Azərbaycanda və dünyada inkişafının əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, əməkdaşları Elvin Qarayev və Taleh Abdullayev, Şəki Dövlət Regional Kollecinin müdiri Sərdar Şərifov, kollecin müəllim və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kollecin direktor müavini Rafiq Səmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi humanist və sülhsevər bir təşəbbüsdür. Bu təşəbbüs dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində əməli addımların atılmasına, müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək.
Sonra Kollec tələbələri tərəfindən hazırlanan “İslam həmrəyliyi: Azərbaycan nümunəsi” adlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Kollecin tarix müəllimi Pərviz Zeynalov İslam dininin yaranması və Azərbaycan ərazisində yayılması haqqında danışaraq qeyd edib ki, İslam dininin xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında, elmin, mədəniyyətimizin inkişafında müstəsna rolu var.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev çıxış edərək son illər din amilindən istifadə edilərək dünyada baş verən neqativ hadisələrin İslam dünyasına vurduğu ziyan, radikal dini təşkilatların fəaliyyətinin dünyada islamofobiya meyillərinin artmasına səbəb olması haqqında danışıb. O, qeyd edib ki, dünyada ictimai-siyasi və dini sahədə gərginliyin yaşandığı bir vaxtda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması dünyada dini toleranlığın, mültikultural dəyərlərin, müsəlmanlar arasında həmrəylik ideyasının təbliğ və təşviq olunması istiqamətində irəli sürülən uzaqgörən bir təşəbbüsdür. Bunun ən gözəl nümunəsi isə bu gün Azərbaycanda mövcud olan dövlət-din münasibətləri modelidir. Gündüz Paşayev dini sahədə əldə olunan nailiyyətlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

 


Son baxılan xəbərlər

Kürdəmirdə dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib

Press-relizlər
29.08.2019 / 15:37
Ətraflı oxu

Dövlət Komitəsi daha 16 dini icmaya maliyyə yardımı ayırdı

Press-relizlər
22.05.2017 / 16:27
Ətraflı oxu

Qaxda dini radikalizmlə mübarizədə mənəvi dəyərlərimizin rolu müzakirə edilib

Press-relizlər
23.05.2019 / 09:44
Ətraflı oxu

Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib

Xəbərlər
15.11.2018 / 17:08
Ətraflı oxu

Müstəqilliyimizi xilas etmiş və əbədiləşdirmiş lider

Press-relizlər
18.06.2019 / 09:52
Ətraflı oxu

Mingəçevirdə “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
13.10.2018 / 10:07
Ətraflı oxu