Kürdəmirdə “İslamın birlik və bərabərliyə verdiyi əhəmiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 15.03.2017 / 17:17

Martın 15-də Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Kürdəmir şəhər (1) məscidi dini icmasının “İslamda həmrəylik şüuru” layihəsi çərçivəsində “İslamın birlik və bərabərliyə verdiyi əhəmiyyət” adlı maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov Azərbaycanda multikultural və tolerant dəyərlərin qorunduğu məkanlardan biri olan Kürdəmir rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə belə maarifləndirmə tədbirlərinin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayaraq layihənin uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə edib.
Mövzu ilə bağlı geniş məruzə ilə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev Prezident cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının olduqca əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm bir addım olduğunu qeyd edib. 
Daha sonra “İslamın birlik və bərabərliyə verdiyi əhəmiyyət” mövzusunda Kürdəmir şəhər (1) məscidi dini icmasının sədri Aqil Əliyevin, “Milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyi” mövzusunda isə DTX-nin Kürdəmir Rayon İdarəsinin əməkdaşı Seymur Müslümovun, Rayon Polis şöbəsinin əməkdaşı Asif Əhmədovun və orta məktəbin müəlliməsi Laləzar Quliyevanın çıxışları dinlənilib.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb, DQİDK tərəfindən çapına icazə verilmiş dini ədəbiyyatlar iştirakçılara paylanılıb.



Son baxılan xəbərlər

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mövzusunda növbəti sessiya keçirilib

Xəbərlər
03.05.2019 / 18:33
Ətraflı oxu

“Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusu müzakirə edilib

Xəbərlər
26.08.2021 / 11:30
Ətraflı oxu

Qobustanda dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib

Press-relizlər
28.12.2017 / 11:23
Ətraflı oxu

Bölgələrdə "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbirlər keçirilir

Press-relizlər
03.06.2019 / 14:04
Ətraflı oxu

Mübariz Qurbanlı: “Prezidentin Sərəncamı islamofob meyillərə ciddi zərbə vuracaqdır”

İSLAM HƏMRƏYLİYİ İLİ
17.02.2017 / 13:58
Ətraflı oxu

Azərbaycanla İran arasında din və mədəniyyət sahələrində əlaqələr yüksək səviyyədədir

Press-relizlər
12.05.2016 / 16:34
Ətraflı oxu