Masallıda “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər / 14.03.2017 / 14:56

Martın 14-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı, Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nazim Muradov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı Mirqiyas Təhməzov, dini icma sədrləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Müşavirəni DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov  açaraq qeyd edib ki, ölkə rəhbəri cənab İlham Əliyevin bu ili “İslam Həmrəyliyi İli” elan etməsi İslam aləmində həmrəyliyə, birliyə nail olmaqla yanaşı, beynəlxalq arenada  sivilizasiyalar arasında həmrəyliyə də müsbət təsir göstərəcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı Ümummilli Lider  Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğunu deyib. O bildirib ki, ölkə başçısı son dövrlərdə milli-mənəvi dəyərlərin dirçəldilməsinə, o cümlədən yeni dini məbədlərin inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırır. Dövlət başçısının sərəncamları ilə tarixi dini abidələr, ziyarətgahlar bərpa edilir, dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasında 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı Sərəncamın vacibliyinə toxunan Səyyad Salahlı İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə tövsiyələrini də verib.
Tədbirdə  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı Mirqiyas Təhməzov, Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nazim Muradov və başqaları çıxış ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
    


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: "Azərbaycandakı yəhudi icması ölkəmiz üçün böyük sərvətdir"

Xəbərlər
30.05.2023 / 15:40
Ətraflı oxu

Azərbaycan tarixində Heydər Əliyev imzası

Xəbərlər
12.07.2019 / 09:23
Ətraflı oxu

“Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər
10.02.2017 / 17:53
Ətraflı oxu

Apellyasiya komissiyasına müraciət etmək istəyənlərin nəzərinə!

Xəbərlər
21.09.2023 / 17:51
Ətraflı oxu

Vakant vəzifələrin tutulması üçün keçirilən növbəti müsahibə başa çatıb

Xəbərlər
20.09.2023 / 16:24
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi işində çox fəal çalışır”

Xəbərlər
28.06.2022 / 09:45
Ətraflı oxu