
Press-relizlər / 10.03.2017 / 16:00
Martın 10-da Kürdəmir Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir rayon Polis İdarəsi və DTX-nin Kürdəmir rayon İdarəsinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və məktəblilərin dini dünyagörüşü” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümov, rayon Polis İdarəsinin əməkdaşları Nizami Abbasov, Elşad Ağayev, Kamran İmanov, şagirdlər və müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov ölkə başçısının müvafiq Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının Kürdəmir ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirildiyini bildirib.
Tədbirdə “Milli-mənəvi dəyərlərimiz sərvətimizdir” mövzusunda çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir rayon şöbəsinin əməkdaşı Seymur Müslümov “Terrorçuluq və dini ekstremizmə qarşı mübarizənin təşkili” mövzusunda, rayon Polis İdarəsinin əməkdaşı Nizami Abbasov “Radikalizm və ekstremizmin milli-mənəvi dəyərlərimizə vurduğu ziyan” və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Kürdəmir rayon üzrə nümayəndəsi, şəhər 1 saylı orta məktəbin direktoru Vüqar Nəsirov isə “Milli dəyərlər qorunur, yaşadılır” mövzusunda çıxış ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.