Goranboyda “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər / 28.02.2017 / 18:10

Fevralın 28-də Goranboyda Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Goranboy və Naftalan rayonları üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov, dini icmaların sədrləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev  bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün möhtərəm Prezident cənab İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Ölkəmizdə ənənə halını almış tolerantlıq və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir. Nizaməddin Quliyev qeyd edib ki, ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan olunması həm İslam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə verəcəkdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı öz çıxışında qeyd edib ki, Azərbaycan xalqı son bir əsrdir ki, ateizm və mövhumat arasında ən doğru yolu formalaşdırır. Bu yol dini cəhətdən dünyəvi maarifçiliyə keçidi və bu konteksdə İslamın cəmiyyət həyatında yalnız müsbət rol oynamasını təşviq edir. Bu proses müstəqillik illərində dövlətin əsas prioritetlərinə çevrilib. Prezident İlham Əliyev beynəlxalq miqyasdakı qlobal sülh və əməkdaşlıq hərəkatının əsas öncüllərindəndir və sivilizasiyalar, dinlər arasında faydalı əməkdaşlığın, qarşılıqlı etimadın yaradılması üçün mühüm fəaliyyət göstərir. Bu sahədəki məqsədyönlü, düşünülmüş siyasətin nəticəsidir ki, tolerantlığın Azərbaycan nümunəsi dünyanın qəbul etdiyi və örnək göstərdiyi modelə çevrilib. Səyyad Salahlı, eyni zamanda İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə dini icma sədrlərinə öz tövsiyələrini verib, onları İslam həmrəyliyinin təbliğində fəal olmağa çağırıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb. 

 


Son baxılan xəbərlər

“Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusundakı regional konfrans öz işini davam etdirib

Xəbərlər
18.02.2020 / 16:40
Ətraflı oxu

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilmişdir (Foto)

Xəbərlər
15.01.2013 / 23:06
Ətraflı oxu

Mübariz Qurbanlı: “Dini mövhumat, xurafat bütün dinlərin düşmənidir”

Müsahibələr
09.08.2019 / 13:20
Ətraflı oxu

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Xəbərlər
01.11.2018 / 15:15
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
27.07.2017 / 17:45
Ətraflı oxu

Bölgələrdə erkən nikah və uşaq hüquqlarının müdafiəsinə həsr olunmuş tədbirlər keçirilib

Press-relizlər
19.11.2021 / 17:00
Ətraflı oxu