9 və 17 saylı cəzaçəkmə müəssisələrində “Azərbaycanda birgəyaşayış ənənələri” mövzusunda tədbir keçirilib

Press-relizlər / 24.02.2017 / 15:20

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə imzaladığı Tədbirlər Planına əsasən məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi məqsədilə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir.
Növbəti maarifləndirici tədbir fevralın 22-də Penitensiar xidmətin 9 və 17 saylı cəzaçəkmə müəssisələrində keçirilib.
“Azərbaycanda birgəyaşayış ənənələri” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi Elvüsal Məmmədov və Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı İntiqam Əliyev iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə ölkədəki tolerantlıq ənənələri və multikultural dəyərlər barədə məlumat verib. Ölkədəki dini durumla bağlı fikirlərini bölüşüb.
AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi Elvüsal Məmmədov dini radikalizmin yaranmasının səbəbləri və təzahür formaları barədə məlumat verib. Radikalizmə qarşı mübarizə metodologiyası ilə bağlı mülahizələrini diqqətə çatdırıb.
Mövzu ətrafında müzakirələr aparılıb, məhkumların çoxsaylı sualları cavablandırılıb.

 


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edib

Press-relizlər
27.11.2018 / 15:52
Ətraflı oxu

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə elan edilir

Xəbərlər
24.05.2022 / 14:25
Ətraflı oxu

Sumqayıtda “Dini radikalizm ideoloji təhlükə kimi” mövzusunda maarifləndirici tədbir keçirilib

Xəbərlər
13.10.2022 / 15:28
Ətraflı oxu

Şirvanda "Sülh aylığı" çərçivəsində tədbir keçirilib

Press-relizlər
03.09.2015 / 09:51
Ətraflı oxu

Xocalı faciəsinin anım günü ilə bağlı tədbirlər keçirilib

Press-relizlər
26.02.2021 / 11:32
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib

Press-relizlər
30.04.2019 / 16:41
Ətraflı oxu