(19).jpg&w=1200)
Press-relizlər / 18.02.2017 / 10:46
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti və Balakən Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə fevralın 17-də rayon Təhsil Şöbəsində Balakən rayonundakı təhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin və məktəb psixoloqlarının iştirakı ilə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov çıxışında qeyd edib ki, ölkəmizdə din dövlətdən ayrıdır və dövlətin təhsil sistemi dünyəvi xarakter daşıyır. M. İsmayılov onu da bildirib ki, müəyyən radikal dini düşüncəyə malik insanların təsirindən yeniyetmə və gəncləri qorumaq hər birimizin vəzifəsidir.

Daha sonra çıxış edən Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov vurğulayıb ki, dini radikalizmlə mübarizədə ən effektiv metod gənclərin təhsilinin artırılmasıdır.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.