Sabunçu rayonunda “Dini ekstremizm: onun səbəbləri və aradan qaldırılması üsulları” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər / 09.02.2017 / 16:59

Fevralın 9-da Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sabunçu rayonu “İmam Rza” məscidi dini icması tərəfindən “Dini ekstremizm: onun səbəbləri və aradan qaldırılması üsulları” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin müdir müavini Ceyhun Əliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, “İmam Rza” məscidi dini icmasının sədri Əmirxan Tahirov və məscidin axundu, dindarlar, ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “İmam Rza” məscidi dini icmasının sədri Əmirxan Tahirov həyata keçirilən layihənin əhəmiyyətindən danışıb və  dindarlara göstərilən qayğıya görə dövlət rəhbərliyinə təşəkkürünü bildirib. İcma sədri bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov dini radikalizm, onun fəsadları və mübarizə metodları haqqında məruzə ilə çıxış edib. Anar Kazımov dövlət-din münasibətlərinin tənzimlənməsində dini icmaların xüsusi rola malik olduğunu qeyd edib.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev Prezident İlham Əliyevin humanitar siyasətində ən önəmli məsələnin dini maarifçiliyin genişləndirilməsi məsələsi olduğunu qeyd edib. O,  2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının təkcə Azərbaycanda deyil, beynəlxalq müstəvidə mütərəqqi bir addım olduğunu qeyd edərək, bu həmrəyliyin qorunmasında dini icmalar və din xadimlərinin üzərinə düşən vəzifənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar, dini ekstremizm və onun fəsadları haqqında ətraflı məlumat verib.
Sonda dindarlar və ziyalılar mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
    


Son baxılan xəbərlər

Qaxda "Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
02.11.2018 / 16:53
Ətraflı oxu

İƏT Dağlıq Qarabağda ermənilər tərəfindən İslama aid tarixi ziyarətgahların dağıdılmasından narahatlığını bildirib

Xəbərlər
12.11.2020 / 11:30
Ətraflı oxu

“İslam həmrəyliyi ili” çərçivəsində dini icmalarda maarifləndirmə layihələrinin icrası davam edəcək

Press-relizlər
20.09.2017 / 14:15
Ətraflı oxu

DQİDK sədrinin məqaləsi nüfuzlu almandilli xəbər portalında nəşr olunub

Press-relizlər
20.04.2021 / 17:24
Ətraflı oxu

Elşad İskəndərov: "Bu ölkəmizdəki yüksək tolerant mühitin əyani göstəricisidir" (Foto)

Press-relizlər
26.04.2013 / 15:55
Ətraflı oxu

Hacıqabulda “Vətən müharibəsindəki qələbəmizdə milli – mənəvi dəyərlərin rolu “ mövzusu müzakirə olunub

Press-relizlər
22.09.2021 / 17:58
Ətraflı oxu