Göygöldə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib

Press-relizlər / 09.12.2016 / 15:07

Dekabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöldə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.
Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyəti başcısının birinci müavini Turani Əliyev “Göygöl rayonunda dini qurumlarla işin təkmilləşdirilməsi barədə” Göygöl  Rayon İcra Hakimiyyətinin Tədbirlər Planı və icrası barədə məlumat verib. Natiq bildirib ki, Tədbirlər Planı çərçivəsində “Dini radikallığa qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin aparılması” mövzusunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə tədbirlər keçirilib və “Fitnə” sənədli filmi nümayiş etdirilib. O qeyd edib ki, bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərimizin radikal dini cərəyanların təsiri altına düşmələrinin qarşısını almaq və bu sahədə maarifləndirmə işlərinin aparılmasından ibarətdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov məruzəsində Ümummilli Lider Heydər Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində ölkədə insan hüquqlarının müdafiəsinə dair qanunvericilik bazasının beynəlxalq normalara uyğunlaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsiplərinin təsbiti, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktlara riayət olunmasına nəzarətin gücləndirilməsi, konfessiyalar arasında dözumlülük ənənəsinin möhkəmləndirilməsi, eləcə də dini abidələrimizin bərpası və qorunması istiqamətində görülən işlərdən və bunların əsasında formalaşan mükəmməl dövlət-din münasibətlərindən bəhs edib.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev çıxışında bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, ölkə rəhbərliyi səviyyəsində İslama, onun ayrı-ayrı bayramlarına yüksək hörmət, ehtiram və etiqad mövcuddur. Qeyd olunub ki, cənab İlham Əliyev mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmləndirilməsinə çalışmaqla yanaşı, insanların dini etiqad azadlığının ən yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlət bu sahəyə diqqət və qayğısını ölkədəki bütün etnik və dini qruplara göstərməkdədir.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib. 
 
 


Son baxılan xəbərlər

“Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusu müzakirə olunub

Press-relizlər
07.05.2021 / 15:40
Ətraflı oxu

Ucarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib

Xəbərlər
22.02.2019 / 16:04
Ətraflı oxu

Sumqayıtda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
04.09.2019 / 16:14
Ətraflı oxu

Respublikamızın regionlarında dini radikalizmə və zərərli vərdişlərə qarşı mübarizə tədbirləri müzakirə olunub

Press-relizlər
01.12.2023 / 17:22
Ətraflı oxu

Oğuzda “Cəmiyyəti dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.11.2018 / 09:21
Ətraflı oxu

Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər
02.07.2018 / 14:49
Ətraflı oxu