Dövlət müşaviri Rus Pravoslav Kilsəsinin arxiyepiskopu ilə görüşmüşdür

Xəbərlər / 13.08.2014 / 18:25

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinlə görüşmüşdür.
Görüşdə Azərbaycandakı multikultural durum, digər dinlərin və mədəniyyətlərin nümayəndələrinə qarşı tolerant münasibət, Azərbaycan dövlətinin və qanunvericiliyinin bu istiqamətdə humanizm prinsiplərinə sadiqliyi haqqında söhbət açılmış, ümummilli lider Heydər Əliyev tərəfindən atılan insanpərvər addımları hazırda Prezident İlham Əliyevin mükəmməl şəkildə davam və inkişaf etdirdiyi yüksək dəyərləndirilmişdir.
Görüş zamanı ölkədə bütün din xadimlərini narahat edən bəzi sosial-siyasi məsələlər, xüsusən son zamanlar ön cəbhədə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar, bütün bunlara baxmayaraq, münaqişə davam etdiyi müddətdə Azərbaycanın daim sülh mövqeyində dayanması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən yaxın zamanda ədalətli həll olunmasının vacibliyi vurğulanmışdır.
Görüş əsnasında bir sıra təkliflər səsləndirilib. Hər iki tərəfə maraqlı görünən bəzi müştərək layihələrin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Ölkəmizdə yeni yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihə və proqramlarında Rus Pravoslav Kilsəsinin də iştirak etmək arzusu məmnunluqla qeyd edilib. Birgə layihələrdə multikulturalizm mahiyyətli muzey və kitabxanaların yaradılması, dini məbədlərin tarixinin öyrənilməsi, müxtəlif tədris və monitorinq proqramlarının həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Respublikamızda fəaliyyət göstərən rus icmalarının bu gün əldə etdiyi uğur və müvəffəqiyyətlərdən, maraqlı və faydalı perspektiv imkanlardan razılıqla söz açan arxiyepiskop Aleksandr İşein ölkə rəhbərliyinə, xüsusən Prezident İlham Əliyevə rus kilsəsi və rus icmasına qayğıkeş münasibətinə görə təşəkkürünü bildirmişdir.

Son baxılan xəbərlər

Zərdabda “Məişət zorakılğının qarşısının alınması və onunla mübarizə” mövzusunda tədbir keçirilib ...

Press-relizlər
08.06.2021 / 15:38
Ətraflı oxu

"İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir" kitabı

Kitablar
21.12.2015 / 17:14
Ətraflı oxu

Xaçmazda narkomaniya əleyhinə tədbir keçirilib

Press-relizlər
31.10.2018 / 11:49
Ətraflı oxu

Şamaxıda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
12.03.2019 / 17:36
Ətraflı oxu

Cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
22.11.2018 / 10:12
Ətraflı oxu

“Azərbaycan multikulturalizmi və mədəniyyətlərin dialoqu” adlı elmi konfrans keçirilib

Multikulturalizm
25.10.2016 / 15:28
Ətraflı oxu