Lənkəranda “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş tədbir baş tutub

Press-relizlər / 10.11.2016 / 08:43

Noyabrın 9-da Lənkəran rayonu Cil kənd “Hüseyniyyə” məscidində “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş “Tolerantlıq diyarı Azərbaycan” mövzusunda konfrans keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aydın Məmmədov, QMİ-nin bölgə qazısı Qəni Axundzadə, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov Azərbaycanın tarixən milli-mənəvi cəhətdən zəngin, müxtəlif dil, din və mədəniyyətlərin sərbəst şəkildə inkişaf etdiyi məkanlardan biri olduğunu qeyd edib. Şöbə müdiri tolerantlığın Azərbaycanın mənəvi sərvəti və cəmiyyətin möhkəmliyini şərtləndirən ən vacib amil kimi dəyərini qeyd edərək, ölkəmizin tolerant yaşam tərzi ilə dünyada nümunə olduğunu vurğulayıb. 
Məruzələrlə çıxış edən LDU-nun baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov və DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin məsləhətçisi Vüqar Şahbazov əsrlərlə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin ölkəmizdə dinc və qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını diqqətə çatdırıblar. 
Tədbirdə, həmçinin Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aydın Məmmədov, QMİ-nin bölgə qazısı Qəni Axundzadə, Cil kənd “Hüseyniyyə” məscidinin axundu Əliəşrəf Əliyev və Astara rayonu Kijəbə qəsəbə məscidinin imamı çıxış ediblər.

    


Son baxılan xəbərlər

DQİDK və Kəlbəcər RİH-in təşkialtçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir ...

Press-relizlər
12.06.2019 / 15:24
Ətraflı oxu

“Bahar Enerji Əməliyyat” şirkətinin kollektivi ilə dini radikalizmə qarşı mübarizə istiqamətində maarifləndirici görüş keçirilib

Press-relizlər
17.04.2019 / 17:08
Ətraflı oxu

Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”

Press-relizlər
25.02.2020 / 15:00
Ətraflı oxu

Dövlət Komitəsinin sədri “Həyat sözü” beynəlxalq kilsəsinin nümayəndələrini qəbul edib

Xəbərlər
23.02.2019 / 12:43
Ətraflı oxu

Allahşükür Paşazadə: Azərbaycanda məzhəblər arasında fikirayrılığından istifadə etmək istəyən düşmənlər çoxdur

Xəbərlər
14.02.2015 / 10:55
Ətraflı oxu

İlham Əliyev Stend Atıcılığı İdman Kompleksində tikinti işlərinin gedişi ilə tanış olub

Xəbərlər
23.10.2014 / 16:45
Ətraflı oxu