Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Xaçmaz şəhərində dini icmaların nümayəndələri ilə görüş keçirdi

Xəbərlər / 12.08.2014 / 18:15

Avqustun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Xaçmaz şəhərində dini icmaların nümayəndələri ilə görüş keçirdi.
AzərTAc xəbər verir ki, Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının din xadimlərinin, ziyalıların və rayon ağsaqqallarının qatıldıqları tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərindəki abidəsini ziyarət edib, önünə tər güllər düzdülər. Sonra görüş iştirakçıları Heydər Əliyev Mərkəzində dahi rəhbərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillərə baxdılar.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin konfrans zalında keçirilən tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlı çıxış edərək müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesinin sürətləndiyini bildirdi. Dövlət Komitəsinin sədri bu sahədə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək hazırda Prezident İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışdı. Bildirildi ki, ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir və hər kəsin dini etiqad azadlığı var.
Çıxışlarda müxtəlif dini konfessiyaların yaşadığı şimal bölgəsində icmalar arasında tolerant münasibətlərin olduğu vurğulandı.
Görüşdə bölgədəki dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verildi. Bildirildi ki, şimal regionunda 200-dən artıq məscid mövcuddur.
Sonda DQİDK-nın sədri Mübariz Qurbanlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı. 
 


Son baxılan xəbərlər

Roma Papası yanında Mədəniyyət Şurasının üzvü: “Azərbaycan dinlərarası dialoqa böyük töhfələr verib”

Xəbərlər
01.09.2014 / 14:07
Ətraflı oxu

Zərdabda “Davamlı sülh inkişafın təməlidir” mövzusu müzakirə olunub

Press-relizlər
06.09.2022 / 16:31
Ətraflı oxu

Nəsimi rayonunda “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə metodu kimi” mövzusunda tədbir keçirilib

Press-relizlər
01.03.2017 / 16:16
Ətraflı oxu

Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
22.12.2017 / 11:55
Ətraflı oxu

İslam tolerantlıq dinidir

Press-relizlər
07.02.2018 / 15:31
Ətraflı oxu

Vətənpərvərlik radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitədir

Press-relizlər
09.03.2018 / 09:33
Ətraflı oxu