.jpg&w=1200)
Press-relizlər / 28.10.2016 / 16:11
Oktyabrın 28-də Masallı rayonundakı Gənclər Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin və Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclər arasında zərərli vərdişlərə və narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək narkomaniya ilə mübarizə ilə bağlı qarşıda duran məsələlər barədə məlumat verib. O qeyd edib ki, bu gün bəşəriyyəti narahat edən problemlərdən biri narkomaniyadır. Camal Manafov çıxışında narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə cəmiyyətin bütün təbəqələrinin fəal olmasının vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov gənclərimizin milli ruhda və mənəvi tərbiyəsində din xadimlərinin və ağsaqqalların da üzərinə böyük vəzifələr düşdüyünü diqqətə çatdırıb.
Mövzu ilə bağlı çıxış edən digər natiqlər tədbirin əhəmiyyətindən danışıblar.