Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə reyd keçirib

Press-relizlər / 20.10.2016 / 17:20

Oktyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi  hüquq-mühafizə orqanları ilə birgə “Sədərək” Ticarət Mərkəzində yerləşən dini təyinatlı ədəbiyyatın və əşyaların satışı ilə məşğul olan 6 mağazada monitorinq keçirib. Monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub. 
Həyata keçirilən reyd zamanı bəzi mağazaların dini təyinatlı ədəbiyyat və dini məzmunlu başqa məmulatların satışı ilə məşğul olması üçün DQİDK-dan müvafiq razılıq almadığı, həmçinin, bəzi mağazalarda satılan dini təyinatlı ədəbiyyatlara icazənin verilmədiyi və nümunələrinin nəzarət markası ilə markalanmadığı, eləcə də həmin mağazaların ətrafında dini atributların asıldığı aşkar edilib.
Qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib. Hazırda aşkar edilmiş qanun pozuntuları ilə bağlı müvafiq araşdırmaralar davam etdirilir.
 
    


Son baxılan xəbərlər

Balakəndə "Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi" mövzusu müzakirə olunub

Press-relizlər
24.11.2022 / 15:17
Ətraflı oxu

Göygöldə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusu müzakirə olunub

Press-relizlər
02.03.2022 / 17:42
Ətraflı oxu

Bölgələrdə Məhərrəm ayı ilə bağlı tədbirlər keçirilib

Press-relizlər
03.08.2022 / 16:11
Ətraflı oxu

Gəncliyimizi zərərli vərdişlərdən qoruyaq!

Press-relizlər
26.11.2019 / 15:35
Ətraflı oxu

“Mənəvi dəyərlərimiz: Sülh və humanizmə baxış" mövzusu müzakirə edilib

Xəbərlər
23.09.2021 / 13:53
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi və dini dəyərlərimiz” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
16.10.2018 / 16:52
Ətraflı oxu