DQİDK hüquq-mühafizə orqanları ilə birgə Kürdəmirdə tədbir keçirib

Arxiv / 19.10.2016 / 16:19

Oktyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Kürdəmir Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir Rayon şöbəsinin birgə təşkilatçılığı ilə Kürdəmir şəhərində “Dini radikalizm-dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Rayon Polis İdarəsinin əməkdaşı Nizami Abbasov, DTX-nın Kürdəmir rayon şöbəsinin əməkdaşı Kamran Dadaşov, rayonun təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov dünyada narahatedici məsələlərdən birinin dini ekstremizm olduğunu bildirib. E. Qafarov ekstremizm, terrorizm, narkomaniya və başqa bu kimi cəmiyyət xəstəlikləri ilə mübarizədə cəmiyyətin dəstəyinin vacib rol oynadığını qeyd edib.
Tədbirdə “Müasir dövrdə İslam dünyasında dini radikallığın yaranma səbəbləri və onun fəsadları” mövzusunda çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev milli-mənəvi və əxlaqi dəyərlərdən uzaq, sistemləşdirilmiş ideoloji dünyagörüşünə malik olmayan gənclərin sabah nə dövlət, nə cəmiyyət, nə də özləri üçün heç bir fayda gətirə bilməyəcəklərini, yeniyetmələrin taleyinə cəmiyyətin ümumilikdə məsul olduğunu vurğulayıb.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir rayon Şöbəsinin əməkdaşı Kamran Dadaşov “Terrorçuluq və dini ekstremizmə qarşı mübarizənin təşkili” mövzusunda, Rayon Polis İdarəsinin əməkdaşı Nizami Abbasov “Radikalizm və ekstremizmin milli-mənəvi dəyərlərimizə vurduğu ziyan” mövzusunda çıxışlar ediblər.
Tədbir İştirakçıları maraqlandıran sualların cavablandırılması ilə işini yekunlaşdırıb. 


Son baxılan xəbərlər

Zərdabda “Məişət zorakılğının qarşısının alınması və onunla mübarizə” mövzusunda tədbir keçirilib ...

Press-relizlər
08.06.2021 / 15:38
Ətraflı oxu

Azərbaycandakı dini konfessiya rəhbərlərinin dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara MÜRACİƏTİ

Press-relizlər
28.03.2018 / 14:24
Ətraflı oxu

Komitə sədri: “Mövcud vəziyyətdə Aşuranın məscidlərdə qeyd olunmamasında qeyri-adi səbəb axtarmaq yolverilməzdir”

Xəbərlər
25.08.2020 / 16:43
Ətraflı oxu

Zaqatalada “Multikulturalizm və onun Azərbaycan modeli” adlı konfrans keçirilib

Press-relizlər
23.05.2016 / 11:15
Ətraflı oxu

Göyçayda maarifləndirici tədbir baş tutub

Xəbərlər
12.08.2021 / 17:26
Ətraflı oxu

Hacıqabulda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
27.02.2019 / 17:09
Ətraflı oxu