Mübariz Qurbanlı:"Ölkəmiz bu gün azad, müstəqil və güclüdür"

Açıqlama / 18.10.2016 / 15:40

«Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin həyat amalı, möhtəşəm fəaliyyəti, uzaqgörən və müdrik siyasəti sayəsində ölkəmiz bu gün azad, müstəqil və güclüdür». Bu fikri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət suveren Azərbaycana şanlı tariximizin ən uğurlu illərini yaşatmaqla onu bütün sahələrdə regionun aparıcı dövlətinə çevirib.
«Dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü ilə bağlı imzaladığı Sərəncam və keçirilən tədbirlər ölkə rəhbərimizin şərəfli tariximizə verdiyi dəyərin ən bariz nümunəsidir. Bütün xalqımızı 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edir, tolerant və multikultural dəyərlərlə zəngin olan, günü-gündən inkişaf edən ölkəmizdə xoş, firəvan günlər arzulayıram»- deyə, Mübariz Qurbanlı vurğulayıb. 

yap.org.az


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: "Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir"

Xəbərlər
03.02.2022 / 09:57
Ətraflı oxu

Bolqarıstanın din xadimləri Azərbaycanın multikultural dəyərləri barədə məlumatlandırılıblar

Multikulturalizm
28.11.2016 / 15:45
Ətraflı oxu

Lənkəranda 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib

Press-relizlər
31.01.2020 / 17:57
Ətraflı oxu

Alban-Udi xristian dini icmasının üzvləri Suqovuşan və Talışa səfər ediblər

Xəbərlər
28.06.2022 / 10:22
Ətraflı oxu

Səyavuş Heydərov: "Bu gün ölkəmizdə milli və dini həmrəylik ən yüksək səviyyədədir"

Xəbərlər
20.04.2022 / 12:50
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyinə həsr olunan konfrans keçirilib

Press-relizlər
21.06.2016 / 17:03
Ətraflı oxu