Gəncə Şəhər İcra Hakimiyyəti iftar süfrəsi açdı

Xəbərlər / 24.07.2014 / 11:23

Mərasimdə Dövlət orqanları nümayəndələri, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yerli şöbəsi əməkdaşları, eləcə də şəhid ailələri, şəhər ictimaiyyəti , imkansızlar və ümumən oruc tutanlar iştirak edib.
Gəncə şəhər İcra Hakimiyyəti  başçısının birinci müavini Mikayıl Zeynalov çıxış edərək Ramazan ayının yüksək humanizm ideyalarını özündə ehtiva etdiyini, bu ayın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu bildirib. 
YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev isə çıxışında ölkə rəhbərinin və şəhər İcra Hakimiyyəti  başçısının dindarlara göstərdiyi diqqət və qayğıya görə təşəkkür bildirib.
Həmçinin çıxış edən din xadimləri müstəqil Azərbaycana əmin-amanlıq, sülh arzulayıblar. Bununla yanaşı, Ramazan ayının fəzilətindən, bu ayın müsəlmanlar üçün nə qədər dəyərli olmasından danışılıb və dualar oxunaraq oruclar açılıb.

Son baxılan xəbərlər

"İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
31.05.2021 / 13:36
Ətraflı oxu

Komitə sədri: "Ramazan ayında bütün məscidlər azanlarla bağlı QMİ-nin fətvasına əməl etməlidir"

Press-relizlər
24.05.2018 / 16:17
Ətraflı oxu

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak etmişdir (Foto)

Xəbərlər
25.07.2013 / 10:03
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
12.07.2019 / 17:49
Ətraflı oxu

Prezident İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib

Xəbərlər
17.12.2018 / 16:49
Ətraflı oxu

Dini radikalizm cəmiyyət üçün təhlükədir

Press-relizlər
10.10.2019 / 15:52
Ətraflı oxu