Ağcabədidə "Zərərli dini təriqətlərə qarşı mübarizə" mövzusunda dini maarifləndirici seminar keçirilib

Press-relizlər / 13.10.2016 / 15:22

Oktyabrın 13-də Ağcabədi rayon Mərkəzi Xəstəxanasında Ağcabədi rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Vəhhabilik və digər zərərli dini təriqətlərə qarşı mübarizə" mövzusunda dini maarifləndirici seminar keçirilib.
Seminarda Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov, Ağcabədi rayon polis şöbəsinin rəisi Məhəmməd İbrahimov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi şöbəsinin rəisi Natiq Zamanov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azad Hüseynov, rayon səhiyyə və tibb işçilərinin 300-dən artıq nümayəndəsi  iştirak edib.
Seminarı giriş sözü ilə açan Ağcabədi rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azad Hüseynov mövzu ilə bağlı çıxış edərək zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.
Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov zərərli dini təriqətlər-vəhhabilik, nurçuluq  və digər belə dini cərəyanların yaranması, təbliğat metodları, məqsədləri haqqında geniş məlumat verib.
Məruzə ətrafında  Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov çıxış ediblər.
Seminarın sonunda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar. 



Son baxılan xəbərlər

Quba bölgəsinin dindarları bəşəriyyətə sülh diləyir

Xəbərlər
25.09.2020 / 17:54
Ətraflı oxu

Qaxda “Mədəniyyət və din” adlı layihə çərçivəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
11.01.2018 / 14:40
Ətraflı oxu

Dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub

Press-relizlər
15.05.2017 / 16:40
Ətraflı oxu

“Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda tədbir baş tutub

Xəbərlər
06.12.2018 / 10:06
Ətraflı oxu

Tolerantlıq və dini sabitlik

Xəbərlər
16.11.2021 / 10:50
Ətraflı oxu

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mövzusunda növbəti sessiya keçirilib

Xəbərlər
03.05.2019 / 18:33
Ətraflı oxu