“İslamda qadın zorakılığına münasibət” adlı tədbir keçirilib

Press-relizlər / 20.09.2016 / 14:20

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İslamda qadın zorakılığına münasibət” adlı tədbir keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbiri giriş sözü ilə açıq elan edib. O bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd İslamda qadın-kişi bərabərliyi, İslam cəmiyyətində qadının mövqeyi, ailə dəyərlərinə və qadınlara qarşı zorakılığa dini münasibətin düzgün qiymətləndirilməsidir. H.Hüseynova qeyd edib ki, İslam qadınların ictimai aktivliyini dəstəkləyən bəşəri dindir.
O bildirib ki, qadın məşğulluğunun, sahibkarlıq fəaliyyətinin artırmasına nail olmaq məqsədilə komitə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirir.
Komitə sədri qeyd edib ki, artıq layihə çərçivəsində Sabirabadda 7, Masallıda 14, Neftçalada 6 qadın biznes fəaliyyətinə başlayıb. Dövlət Komitəsinin sədri əlavə edib ki, məişət zorakılığı böyük bir problemdir: “Komitə tərəfindən artıq məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılıb. Məişət zorakılığı haqda bütün məlumatlar həmin bankda toplanır”. Cəmiyyətdə məişət zorakılığı, selektiv abortlar, erkən nikah və təhsildən yayınma halları, intiharlar, xüsusilə uşaq intiharlarının sayının artması müşahidə olunur. Tək valideynli, tək uşaqlı ailələrin sayı artıb. Komitə sədri onu da bildirib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində “Azərbaycan ailəsi Strategiyası” hazırlanır. Sənəddə ailə institutunun möhkəmləndirilməsi istiqamətində sosial, səhiyyə, psixoloji, hüquqi məsələləri özündə əks etdirən təkliflər hazırlanıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, ailə məsələsində ailə tərbiyəsi ilə məktəb tərbiyəsi üst-üstə düşməlidir. Dini maarifləndirmə işləri davam etdirməlidir. Bəzi ailələrdə məişət zorakılığı həm qadına, həm də uşaqlara qarşı baş verir. Mübariz Qurbanlı qeyd edib ki, İslam dini qadın hüquqlarına böyük önəm verir. Qadına qarşı zorakılıq halları xristian ölkələrinə nisbətən İslam dünyasında daha azdır.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı isə Azərbaycan ailəsinin dövlətin qayğısı ilə tam əhatə olunduğunu qeyd edib. Bildirib ki, şəxsiyyətin formalaşmasında sosial mühit böyük rol oynayır. A.Naxçıvanlı bildirib ki, ictimai həyatda qadının mövqeyi uzun tarixi bir dövr keçərək formalaşıb və inkişaf edib. Lakin bu inkişaf asan əldə olunmayıb, qadınlar özlərini təsdiq etmək üçün bir sıra çətinlikləri aradan qaldırmaq uğrunda mübarizə aparıblar. O qeyd edib ki, qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bəzən də qadınlara qarşı zorakılıq ilk növbədə ondan irəli gəlir ki, qadınların bir çoxu öz hüququnu bilmir, dövlətin verdiyi imkanlardan istifadə etməyi bacarmır. Müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Ona görə də Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır.
Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri və ilahiyyatçılar iştirak ediblər.


Son baxılan xəbərlər

Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb

Xəbərlər
14.11.2019 / 17:19
Ətraflı oxu

Dövlət Komitəsinin növbəti “Könüllü fəaliyyət” layihəsi işə başlayıb

Könüllü fəaliyyət
04.12.2023 / 16:34
Ətraflı oxu

Hidayət Orucovun “Azərbaycanda din: ən qədim dövrdən bu günədək” adlı kitabı rus dilində nəşr ...

Press-relizlər
04.12.2023 / 10:59
Ətraflı oxu

Qubada “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda ikigünlük seminar-treninq keçirilib

Xəbərlər
17.11.2023 / 17:33
Ətraflı oxu

Ramazan Bayramı ərəfəsində Ümummilli Liderin məzarı və Şəhidlər Xiyabanı ziyarət edilmişdir

Press-relizlər
11.10.2012 / 22:30
Ətraflı oxu

Könüllülük: tarixçəsi və strategiyası

Xəbərlər
13.01.2020 / 15:32
Ətraflı oxu