“Sülh aylığı” çərçivəsində: Neftçalada “İslamda tolerantlıq” mövzusunda tədbir keçirilib

Press-relizlər / 08.09.2016 / 17:14

Sentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi və Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Heydər Əliyev mərkəzində “Sülh aylığı”  çərçivəsində “İslamda tolerantlıq” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Yusif Yusifli, Neftçala RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi  Elnur Bağırov, Heydər Əliyev Mərkəzinin baş elmi işçisi Gültəkin Həsənova və din xadimləri iştirak ediblər.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Yusif Yusifli Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyəti, Ombudsmanın təşəbbüsü ilə elan edilmiş “Sülh aylığı” və Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı”nın mahiyyəti barədə fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən, sülh və dözümlülük və milli-mənəvi dəyərlərin təbliği prioritet məsələ kimi təsbit olunub. Məhz ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq bölgə şöbəsinə daxil olan rayonlarda  maarifləndirici və təbliğat xarakterli tədbirlər həyata keçirilir. Y.Yusifli İslamın sülh və sevgi dini olduğu, İslam tarixində dahi şəxsiyyətlərin sülh və barışa hörmətlə yanaşdıqları, bu gün dünyada baş verən proseslərdə İslam dininin mövqeyi barədə də məlumat verib.
Daha sonra çıxış edən Neftçala RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi  Elnur Bağırov qeyd edib ki, sülh və əmin-amanlıq tərəfdarı olan ölkəmizdə hökm sürən sabitliyin təmin olunmasında cənab Prezidentimizin xüsusi xidmətləri vardır və bunu dünya dövlətləri də yüksək dəyərləndirirlər.
Heydər Əliyev mərkəzinin baş elmi işçisi Gültəkin Həsənova isə çıxışında işğal olunmuş Azərbaycan torpaqlarının sülh yolu ilə azad olunması istiqamətində atılan addımlardan, dövlətimizin hər zaman sülh və barış tərəfdarı olmasından bəhs edib. 


Son baxılan xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilir

Xəbərlər
17.09.2016 / 12:49
Ətraflı oxu

Lerikdə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
03.05.2019 / 17:01
Ətraflı oxu

Gəncədə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda seminar keçirilib

Xəbərlər
29.04.2022 / 11:34
Ətraflı oxu

Oğuzda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
15.04.2022 / 16:22
Ətraflı oxu

Bölgələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
24.12.2016 / 11:00
Ətraflı oxu

Zaqatalada “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusu müzakirə olunub

Press-relizlər
12.08.2021 / 15:21
Ətraflı oxu