Press-relizlər / 07.06.2016 / 17:04
İyunun 7-də Qazax rayonunda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib.Tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri, din xadimləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı geniş məruzə ilə çıxış edərək bildirib ki, respublikamızda insan hüquq və azadlıqlarının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir. Ümummili Lider Heydər Əliyevin ardıcıl, məqsədyönlü fəaliyyəti sayəsində ölkəmizdə insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktların icrasının təmin olunmasına nəzarət edilməsi, konfessiyalar arasında dözümlülük ənənəsinin möhkəmləndirilməsi, milli-mənəvi abidələrimizin bərpası və qorunmasında mühüm tədbirlər həyat keçirilib. Birmənalı demək olar ki, Azərbaycanda qəbul edilən qanunlar və normativ aktlar bütövlükdə dini etiqad azadlığını təmin edir və yarana biləcək problemləri həll etmək, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.
Səyyad Salahlı respublikamızda dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və həyata keçirilməsi, həmçinin, dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərinin həlli prosesinə cəlb olunması sahəsində dövlətin həyata keçirdiyi tədbirləri din xadimlərinin nəzərinə çatdırıb.
Çıxış edən natiqlər də bu sahədə görülən işlərdən danışaraq dinimizin yad ünsürlərdən qorumasının yollarını müzakirə ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.