Azərbaycan dünyada dini tolerantlığın mərkəzinə çevrilib

Arxiv / 07.06.2016 / 14:46

Ağstafa şəhərindəki “Yazıçılar evi”ndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Rayon İcra Hakimiyyəti ilə birgə “Multikulturalizm və tolerantlığın Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirib.
Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq, tarixən Azərbaycanda ənənəvi dini icmaların fəaliyyət göstərdiyini və bu gün də hər bir kəsin öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirdiyini qeyd edib. Ölkəmizdə yüzlərlə məscid, kilsə və sinaqoq tikilib, yenidənqurma və əsaslı təmir işləri aparılaraq dindarların istifadəsinə verilib. Prezident İlham Əliyevin ölkəmizdəki tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi istiqamətində atdığı addımlar Azərbaycanı dünyada dini tolerantlığın mərkəzinə çevirib.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı çıxış edərək bildirib ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər çıxışlarında tolerantlığın, birgəyaşayış mədəniyyətinin İslam dininin və Azərbaycan xalqının xarakterik xüsusiyyəti olduğunu dəfələrlə bildirib.
Tədbirdə çıxış edən natiqlər dövlətimizin daim bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışaraq yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib

Xəbərlər
21.11.2018 / 09:46
Ətraflı oxu

Goranboyda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.03.2023 / 16:22
Ətraflı oxu

Şamaxıda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
12.03.2019 / 17:36
Ətraflı oxu

DQİDK sədri Mübariz Qurbanlı: “Senat bu addımı ilə Fransanın özünə xələl gətirən hərəkətə yol ...

Press-relizlər
26.11.2020 / 17:44
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə ...

Xəbərlər
28.01.2021 / 17:10
Ətraflı oxu

Gündüz İsmayılov: Ramazan cəmiyyətdə vəhdət və qardaşlıq anlayışlarının təbliği üçün gözəl fürsətdir

Xəbərlər
15.04.2021 / 10:10
Ətraflı oxu