Dövlət Komitəsi dini durumda sabitliyin qorunması məqsədilə zəruri tədbirlər həyata keçirir (Açıqlama)

Açıqlama / 16.01.2014 / 12:19

AZƏRBAYCAN RESPUBLİKASI DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN
MƏTBUAT XİDMƏTİNİN AÇIQLAMASI

Son günlər özlərini “sələfi” adlandıran dini qrupların bir sıra nümayəndələri arasındakı qarşlıqlı ittihamların kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə səsləndirilməsi ilə müşahidə edilir. Dini Qurumlarla İş üzrə Dövlət Komtəsi tərəfindən aparılan monitorinqin nəticələrinə əsasən, “fətva” xarakterli ittihamlar və sözügedən qruplaşmaların digər hərəkətləri ölkədə mövcud olan tolerantlıq mühitinə zidd hallara yol verilməsi, insan hüquqlarının pozulması, cəmiyyətdə çaşqınlıq yaradılması və şəri məsələlərlə bağlı fətva vermək səlahiyyətlərinin mənimsənilməsi ilə müşahidə olunur. Bu səbəbdən sözügedən gərginlik hansı zəmində yaranmasından aslı olmayaraq ölkədəki mövcud dini duruma və respublikamızın beynəlxalq imicinə mənfi təsir göstərməkdədir.
Cəmiyyətdə dini sabitliyin, müxtəlif məzhəb və dini cərəyanlara mənsub dindarlar arasında dözümlülüyün təmin olunması istiqamətində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranmış vəziyyəti yaxından müşahidə etməklə yanaşı, dini durumda sabitliyin qorunması məqsədilə zəruri tədbirlər həyata keçirir.
Eyni zamanda, sözügedən açıqlama və materialların dini duruma birbaşa mənfi təsiri, qarşılıqlı ittihamların kifayət qədər ciddi olduğu və hüquqi qiymət verilməsinə zərurət yarandığı nəzərə alınaraq, həmin materiallarda dini zəmində nifrət və ədavətin yayılmasına zəmin olmasını, dini dözümsüzlüyə rəvac verilməsini və Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki hərbi münaqişələrə cəlb edilməsinə çağırış olmasını müəyyənləşdirmək məqsədilə aparılan monitorinq və təyin olunmuş dinşünaslıq ekspertizasının nəticələrinə uyğun olaraq Dövlət Komitəsi tərəfindən, hüquqi müstəvidə görülən tədbirlər də daxil olmaqla, bütün zəruri addımlar atılacaqdır.

Son baxılan xəbərlər

“Qısa İslam Ensiklopediyası” ictimaiyyətə təqdim edilib

Kitablar
05.04.2018 / 17:04
Ətraflı oxu

Aİİ-də “Vəhdət qanımızdadır” sənədli filminin nümayişi olub

Press-relizlər
04.12.2018 / 14:56
Ətraflı oxu

Mübariz Qurbanlı:"Ölkəmiz bu gün azad, müstəqil və güclüdür"

Açıqlama
18.10.2016 / 15:40
Ətraflı oxu

Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbərini qəbul edib

Press-relizlər
30.03.2018 / 11:06
Ətraflı oxu

“Mədəniyyətlərarası və dinlərarası dialoqda dini kimliyin rolu: Azərbaycan və Belçika modeli” mövzusunda videokonfrans

Xəbərlər
29.06.2020 / 17:01
Ətraflı oxu

Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı Cümə məscidini ziyarət edib

Press-relizlər
16.09.2019 / 09:01
Ətraflı oxu