Dövlət Komitəsində italiyalı qonaqlarla görüş keçirilib

Press-relizlər / 06.06.2016 / 15:33

İyunun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Mədəniyyət və Turizm Nazirliyinin benefisiar olduğu 2016-2018-ci illərdə “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin ekspertləri Mikela Diodato və Eliza Petruçi, layihənin yerli koordinatoru Alessandro Biançi ilə görüş keçirilib.
Mədəniyyət sektorunun idarəedilməsində və mədəni irsin qorunmasında ən qabaqcıl təcrübəyə yiyələnmək üçün Azərbaycana dəstək göstərilməsi məqsədilə həyata keçirilən layihənin ekspertləri layihə haqqında Dövlət Komitəsinin nümayəndələrinə geniş məlumat veriblər.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Nərminə Məmmədovanın iştirak etdiyi görüşdə qonaqlara Dövlət Komitəsinin müvafiq şöbələrinin fəaliyyəti və funksiyaları, həmçinin Komitə tərəfindən həyata keçirilən tədbirlər barədə dolğun informasiya verilib. Qeyd edilib ki, Dövlət Komitəsi ölkədə vicdan azadlığının təmin edilməsi, dinlərarası dialoqun və əməkdaşlığın gücləndirilməsi, dini qurumların fəaliyyətinin dəstəklənməsi, multikultural və tolerant dəyərlərin təbliği və təşviqi, habelə dini maarifçilik işinin aparılması və dini radikalizmlə mübarizə sahəsində kompleks tədbirlər həyata keçirir. Eyni zamanda, qeyd olunan məsələlərdə müvafiq dövlət qurumları, qeyri-hökumət təşkilatları və dini konfessiyalarla yaxından əməkdaşlıq edir.
Layihənin yerli koordinatoru Alessandro Biançi ölkəmizdəki tolerant mühiti yüksək qiymətləndirib və bu modelin dünyada yayılmasına ehtiyac olduğunu bildirib.
Qonaqlar səmimi görüşə görə təşəkkürlərini bildiriblər.


Son baxılan xəbərlər

“Azərbaycan multikulturalizmi dünyanın gözü ilə” adlı kitab nəşr edilib

Kitablar
19.10.2017 / 11:35
Ətraflı oxu

Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
23.11.2017 / 16:08
Ətraflı oxu

Şanlı Aprel döyüşlərindən beş il ötür

Xəbərlər
02.04.2021 / 10:13
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
05.09.2018 / 16:38
Ətraflı oxu

Səyavuş Heydərov: "Azərbaycan dünyada sülhün bərqərar olmasına böyük töhfələr verir"

Xəbərlər
06.12.2018 / 10:27
Ətraflı oxu

İsmayıllıda dini radikalizmlə bağlı tədbir təşkil olunub

Press-relizlər
21.02.2018 / 16:58
Ətraflı oxu