Şəki İslam mədrəsəsində hafizlərin buraxılış mərasimi keçirilib

Press-relizlər / 02.06.2016 / 17:59

Qafqaz Müsəlmanları İdarəsi Şəki İslam mədrəsəsində “IX ənənəvi hafizlik mərasimi”–hafizlərin buraxılış mərasimi keçirilib. Mərasimdə 2015 və 2016-cı illərdə məzun olan 30 hafiz iştirak edib. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev, QMİ-nin sədr müavini Qəmərxanım Cavadlı, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Əhməd Tecim, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Firon Əliyev və Şəki şəhər təhsil, gənclər və idman idarələrinin rəhbərləri və digər vəzifəli şəxslər, rayon ictimaiyyətinin nümayəndələri, dindarlar və ətraf rayonlardan dəvət olunmuş qonaqlar iştirak ediblər.
Tədbir Qurani-Kərimin qiraəti ilə başlanıb. Daha sonra Şəki-Oğuz bölgə qazısı Hacı Kamran Məmmədov Şəki İslam Mədrəsəsinin keçdiyi şərəfli yol haqqında çıxış edərək bildirib ki, Mədrəsə 1993-cü ildə fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı gündən bu günədək 222 Quran hafizi məzun olub. Məzun olan hafizlərin əksəriyyəti daha sonra ölkəmizin və dünyanın ali məktəblərinə daxil olaraq müxtəlif sahələr üzrə müvəffəqiyyətlə təhsillərin davam etdirirlər.
Daha sonra çıxış edən Hacı Salman Musayev, Səyyad Salahlı, Qəmərxanım Cavadlı, Əhməd Tecim mərasimin nəinki bölgənin, eləcə də ölkəmizin ictimai və dini həyatında əlamətdar hadisə olduğunu bildiriblər. Qürur hissi ilə vurğulanıb ki, ölkəmizdə dövlət-din münasibətlərinin günü-gündən daha yeni müstəvidə inkişaf etməsi, dövlətin dindarlara və dini sahəyə göstərdiyi diqqət və qayğının bariz göstəricisidir ki, bir sıra nailiyyətlərlə yanaşı, Qurani-Kərimin canlı daşıyıcıları olan hafizlərin sayı da ilbəil artır.
Tədbirdə İslam Mədrəsəsində təhsil alan şagirdlər tərəfindən müxtəlif çıxışlar nümayiş etdirilib.
Tədbirin sonunda məzun olan hafizlər Qafqaz Müsəlmanları İdarəsinin diplom və xatirə hədiyyələri ilə təltif olunublar. 


Son baxılan xəbərlər

Mərdəkanda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
09.02.2018 / 16:45
Ətraflı oxu

Xocavənd qəsəbəsində “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
14.05.2019 / 15:08
Ətraflı oxu

“Qurban bayramı müsəlmanların mənəvi birlik və həmrəylik rəmzidir” mövzusunda videokonfrans keçirilib

Xəbərlər
16.07.2021 / 12:03
Ətraflı oxu

Qubada maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
19.11.2019 / 14:22
Ətraflı oxu

DQİDK-nın sədr müavini: Dövlət Komitəsi Nardaran qəsəbəsindəki maarifləndirmə tədbirlərinə hərtərəfli dəstək verir

Müsahibələr
01.12.2017 / 17:59
Ətraflı oxu

Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir

Açıqlama
03.04.2020 / 11:05
Ətraflı oxu