Şəki şəhərində “Narkomaniya bəşəri problemdir” mövzusunda tədbir keçirilib

Press-relizlər / 14.05.2016 / 10:51

Mayın 13-də Şəki İslam Mədrəsəsində “Narkomaniya bəşəri problemdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin aparıcı məsləhətçisi Elvin Qarayev, Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşı Anar Xalıqov, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, Şəki İslam Mədrəsəsinin müdiri Rəhman Nuruiev, mədrəsə şagirdləri, müəllimlər və din xadimləri  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəki İslam Mədrəsəsinin müdiri Rəhman bəşəriyyətin bəlası olan narkomaniyaya qarşı mübarizənin vacibliyi və bu istiqamətdə maarifləndirici tədbirlərin önəmli rolundan danışıb.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev  mövzu ilə bağlı çıxış edərək bildirib ki, narkomaniya insan səhhəti ilə yanaşı, cəmiyyətin özəyi  olan ailə dəyərlərinə də ağır zərbə vurur və ağır sosial problemlərə yola açır.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru Anar Xaliqov narkomaniyanın bir sosial bəla olaraq orta çıxması, “ağ ölüm”ün yayılmasının millətin sağlam həyat tərzi üçün təhlükə törətməsi, ağır xəstəliklərə, cinayət əməllərinə yola açması haqqında tədbir iştirakçılarına geniş məruzə edib. Natiq bildirib ki, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qanunvericilik çərçivəsində davamlı tədbirlər həyata keçirilir. Lakin bununla yanaşı, profilaktik və maarifləndirmə işlərinin aparılması da xüsusi əhəmiyyət kəsb edir.
Sonda iştirakçılarının maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Azərbaycanın və Gürcüstanın dini məsələlər üzrə qurumları əməkdaşlıq edəcək

Press-relizlər
25.09.2023 / 16:46
Ətraflı oxu

Tovuzda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.11.2019 / 15:33
Ətraflı oxu

Saatlıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
06.05.2022 / 16:47
Ətraflı oxu

Ağsuda “Multikulturalizm: dini ayrı-seçkiliyə və radikalizmə alternativ kimi” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
20.04.2016 / 16:14
Ətraflı oxu

Mingəçevir və Şəmkirdə “Aşura mərasimləri: tarix, ənənə və hüquq müstəvisində” mövzusunda tədbirlər keçirilib

Press-relizlər
26.07.2023 / 17:48
Ətraflı oxu

Dini Komitədən Qurban bayramı ilə bağlı tövsiyələr: insanlarımız bayramı xalqımızın milli-mənəvi dəyərlərinə uyğun şəkildə ...

Açıqlama
08.08.2019 / 10:15
Ətraflı oxu