Azərbaycanla İran arasında din və mədəniyyət sahələrində əlaqələr yüksək səviyyədədir

Press-relizlər / 12.05.2016 / 16:34

Mayın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İki ölkənin din və mədəniyyət sahəsində əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğu görüşdə Mübariz Qurbanlı bildirib ki, Azərbaycanla İran arasında bütün sahələrdə olduğu kimi, din və mədəniyyət sahəsində də əlaqələr yüksək səviyyədə qurulub. Azərbaycan və İran qədim tarixi mədəniyyətə malikdirlər. Ulu Öndər Heydər Əliyev Azərbaycan-İran əlaqələrinə hər zaman böyük diqqət yetirib. Prezident İlham Əliyev də bu siyasəti ardıcıl və uğurla davam etdirir.
Ölkəmizdəki dini durum haqqında məlumat verən  Dövlət Komitəsinin sədri bildirib ki, dövlətimiz daim dinə, dini ibadət yerlərinə - məscidlərə, ziyarətgahlara xüsusi diqqət yetirir. Yeni məscidlər tikilir, bərpa və təmir olunur. Komitə sədri qeyd edib ki, biz bütövlükdə dini radikalizmin əleyhinəyik və ölkəmizdə radikal meyillərin yayılmasının qarşısının alınması üçün bütün tədbirlər görülür. Mübariz Qurbanlı İŞİD kimi dini radikal qruplara qarşı təbliğat müstəvisində birgə mübarizənin zəruri olduğunu da vurğulayıb.
Görüşdə Komitə sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən qeyd edib ki, Azərbaycan torpaqlarının iyirmi faizinin ermənilər tərəfindən işğalı nəticəsində İslam dininə aid bütün tarixi abidələr, o cümlədən məscidlər, ziyarətgahlar dağıdılıb. Aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələri xatırladan Komitə sədri Azərbaycan ordusunun gücünü göstərdiyini, Ermənistanın işğal etdiyi torpaqlarımızı qaytarmayacağı halda, Azərbaycanın müharibə yolu ilə torpaqlarını qaytaracağını bildirib.
Abuzər İbrahimi Türkman Azərbaycan və İran prezidentləri arasında keçirilən görüşləri xatırladaraq iki qardaş ölkə arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu deyib. "İslam mərhəmət dinidir",- deyən qonaq din və mədəniyyət üzərində qurulan əlaqələrin daha da genişlənməsinin vacibliyindən danışaraq qeyd edib ki, bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcək. O bildirib ki, İran Azərbaycanla mədəni əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Hazırda Azərbaycanda İran kino günləri keçirilir. Mayın 22-də isə Təbrizdə Azərbaycan məscidlərinin fotolarından ibarət sərgi açılacaq. Müsəlman dünyasında nifaq salmağa çalışanların olduğunu vurğulayan qonaq belə dövrdə İranla Azərbaycan arasında münasibətlərin inkişafının önəmli olduğunu bildirib.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda Abuzər İbrahimi Türkman səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü  bildirib və İrana səfərə dəvət edib.
Qeyd edək ki, nümayəndə heyəti görüşdən əvvəl Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər. Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.
Görüşdə nümayəndə heyətinin üzvləri Əsğər Farsi, Ağayi Nuri, İİR səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Seyid İbrahim İbrahimi, həmçinin, DQİDK sədrinin müavinləri Səyyad Salahlı, Səyavuş Heydərov, Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli iştirak ediblər. 


Son baxılan xəbərlər

“Vətənpərvərlik nümunəsi: Qazilik və Şəhidlik” mövzusu müzakirə edilib

Xəbərlər
13.04.2021 / 15:52
Ətraflı oxu

İmam və imam müavini vakant vəzifələrinin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıb

Xəbərlər
11.09.2023 / 17:38
Ətraflı oxu

Hacıqabulda “Heydər Əliyev fenomeni” adlı tədbir keçirilib

Heydər Əliyev İli
04.05.2023 / 17:03
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
17.10.2018 / 15:59
Ətraflı oxu

Tolerantlıq və dini sabitlik

Xəbərlər
16.11.2021 / 10:50
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
22.10.2019 / 15:17
Ətraflı oxu