Dövlət Komitəsinin şöbə müdiri: “ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyası tarixi faktları saxtalaşdırıb”

Açıqlama / 06.05.2016 / 18:55

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının təqdim etdiyi dünyada din azadlığı haqqında 2016-ci il üçün hesabatına münasibət bildirib.
Nicat Məmmədli APA-ya açıqlamasında deyib ki, ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının mayın 2-də təqdim etdiyi sənədin təhlili təəssüf hissi ilə deməyə əsas verir ki, hesabatda bir çox hallarda dəqiqləşdirilməmiş məlumatlar öz əksini tapıb.
Şöbə müdiri bəyan edib ki, əvvəlki illərdə olduğu kimi, builki  hesabat da hazırlanarkən kifayət qədər etibarlı olmayan mənbələrdən istifadə edilib, dəqiqləşdirilməmiş və müvafiq qaydada yoxlanılmamış məlumatlar sənədə daxil edilib: “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünyada dini durumu təhlil etmək yükünü üzərinə götürmüş dövlət komissiyası builki hesabatında adi tarixi faktları saxtalaşdırıb, nəticədə tamamilə qərəzli mövqe sərgiləyib. Sənədin Azərbaycanla bağlı hissəsində onun mahiyyətinə uyğun olmadığı halda tarixi arayış verilib və həmin arayışda açıq-aşkar qərəzlə yanaşı, saxtakarlığa da yol verilib. Sənəddə dəfələrlə “din haqqında 2009-cu il qanunu”na istinad edilir, halbuki, “Dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul olunub və ona dəfələrlə, o cümlədən 2009-cu ildə dəyişikliklər edilib. Digər bir səhv isə Qafqaz Müsəlmanları İdarəsinin tarixinin sovet dövrünə aid olunmasıdır. Açıq-aşkar görünür ki, hesabat məqsədli şəkildə həm tarixi faktları, həm də mövcud reallıqları təhrif etməklə dünyada Azərbaycan barədə ictimai fikri azdırmağa yönəlib”.
Nicat Məmmədli qeyd edib ki, builki hesabatda da Azərbaycan əvvəlki illərdə olduğu kimi, guya dini azadlıqların səviyyəsinin narahatlıq doğurduğu 2-ci kateqoriyaya aid edilib ki, bu kateqoriyaya cəmi 10 ölkə daxildir: “Ölkəmizdə dini qurumların qeydiyyatının ləngidilməsi və onlara maneələrin törədilməsi, dini fəaliyyətlə bağlı cəzaların sərtləşdirilməsi və yeni hüquqi maneələrin yaradılması, universitetlərdə hicaba maneələr kimi tamamilə əsassız və reallığı təhrif edən məlumatlar yer alıb. Hesabat  dövründə Beynəlxalq Din Azadlığı Komissiyasının sədri Katrina Lantos Svet, qurumun üzvləri Katerina Kosman və Daniel Mark Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəvətilə Azərbaycanda olub və bu səfər barədə hesabatda əlavə bəyanatla çıxış ediblər. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, onlar ölkəmizin dərin tolerantlıq ənənələrinin müsəlman ölkələri içərisində unikallığını qeyd etsələr də, Azərbaycanın məhz 2-ci kateqoriya ölkələr siyahısında olmasını əsassız və yoxlanılmamış faktlarla əsaslandırmağa çalışıblar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi gələcəkdə bu sahədə hazırlanan hesabatların daha obyektiv və əsaslı tərtib edilməsi üçün ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasını və digər müvafiq strukturları əməkdaşlığa dəvət edir”. 

Son baxılan xəbərlər

Biləsuvarda “Uşaqları dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.10.2019 / 10:27
Ətraflı oxu

“İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib

Press-relizlər
25.10.2017 / 18:00
Ətraflı oxu

“Bakı prosesi: dini icmalar və vəzifələr” mövzusunda konfrans keçirilib

Press-relizlər
25.06.2018 / 16:24
Ətraflı oxu

Zaqatalada “Aprel zəfəri şəhidlərimiz hər zaman bizimlədir” mövzusunda tədbir keçirilib

Press-relizlər
17.04.2018 / 18:16
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağcabədidə vətəndaşları qəbul edəcək

Press-relizlər
19.04.2019 / 10:47
Ətraflı oxu

Ağdam rayonunda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
27.11.2019 / 16:19
Ətraflı oxu