Nərimanov rayonunda “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib

Press-relizlər / 05.05.2016 / 17:16

Mayın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Kooperasiya Universitetində “Multikulturalizmin Azərbaycan modeli”  mövzusunda tədbir keçirilib. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Nərimanov Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Toğrul Əliyev, ziyalılar, müəllimlər və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova multikulturalizmin alnetrnativini olmadığını və ölkəmizdə multikultural dəyərlərin həyat tərzinə çevrildiyini diqqətə çatdırıb. Bildirilib ki, bütün xalqların və dinlərin nümayəndələrinin birgəyaşayış ənənəsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində möhkəm dayaqlar əldə edib. Bununla yanaşı, Nərimanov rayonunun Rusiyanın Həştərxan şəhəri ilə qardaşlaşmasının multikulturalizmin inkişafına xidmət etdiyi vurğulanıb.
Daha sonra çıxış edən Azərbaycan Kooperasiya Universitenin Tarix kafedrasının müdiri Nizami Məhərrəmov təhsil ocağında bakalavr pilləsi üçün “Multikulturalizmə giriş” və magistr pilləsi üçün “Azərbaycan multikulturalizmi” fənlərinin tədris edildiyini bildirərək, multikulturalizmin tarixi kökləri, eləcə də Azərbaycan ədəbi-bədii həyatındakı yeri haqqında geniş məlumat verib.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev multikulturalizm anlayışı və tolerantlıq haqqında söhbət açıb. Ölkəmizdə bütün xalqlar və dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığı xüsusi qeyd edilib. Hazırda multikulturalizmin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinə çevrildiyini söyləyən natiq bu dəyərlərin gələcəkdə də qorunması üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib.
Sonda çıxış edən Universitetin Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov gənclərin multikultural dəyərlər ətrafında sıx birləşdiyini və ölkə rəhbərliyinə bu sahədə dəstəyə daima hazır olduqlarını bildirib.  


Son baxılan xəbərlər

Kürdəmirdə 16 noyabr –Beynəlxalq Tolerantlıq gününə həsr edilmiş tədbir keçirilib

Press-relizlər
16.11.2021 / 16:18
Ətraflı oxu

Mübariz Qurbanlı: "Azərbaycanda dini istismar etmək cəhdlərinin qarşısı alınır və alınacaq"

Müsahibələr
02.03.2020 / 14:14
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edib

Press-relizlər
24.09.2019 / 14:50
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2016-cı ildəki fəaliyyəti ilə bağlı hesabat verib

Press-relizlər
27.12.2016 / 16:30
Ətraflı oxu

Cəlilabadda “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib

Xəbərlər
30.10.2019 / 15:23
Ətraflı oxu

Qusarda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusu müzakirə olunub

Press-relizlər
04.06.2021 / 13:33
Ətraflı oxu