Bölgələrdə maarifləndirmə layihələri uğurla icra olunur

Press-relizlər / 28.04.2016 / 16:06

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir.
Aprelin 28-də Ağdaş şəhəri, “Üç qovaq” məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərindən qorunması” layihəsi çərçivəsində Ağdaş şəhərində “Dini radikalizm və onunla mübarizə üsulları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev və şöbənin əməkdaşları, dini icmanın sədri Şahin Rəhimli, Ağdaş Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin əməkdaşı Qalib Həsənov, Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev, QMİ-in səlahiyyətli nümayəndəsi, bölgə qazısı Əli Məmmədov, rayonda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və tələbələr iştirak ediblər.              
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev dini radikalizmin fəsadları və onunla mübarizə üsulu kimi dini sahədə maarifləndirmənin rolu barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Daha sonra çıxış edən Ağdaş şəhəri, “Üç qovaq” məscidi dini icmasının sədri  Şahin Rəhimli mövzu ilə bağlı çıxış edərək dini radikalizmlə mübarizənin vacibliyini diqqətə çatdırıb. 
Tədbirdə, eyni zamanda Ağdaş RİH-in İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin əməkdaşı Qalib Həsənov, QMİ-in səlahiyyətli nümayəndəsi, bölgə qazısı, “Hacı İsmayıl” məscidi dini icmasının sədri Əli Məmmədov, Ağdaş Dövlət Humanitar Kollecinin müəllimi Dilarə Manafova, Ağdaş şəhər “Üç qovaq” məscidi dini icmasının üzvü, dini ayinlərin icraçısı Müşfiq Yusifzadə də çıxış edərək mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. Çıxış edən natiqlər Ağdaş rayonu üzrə dini sahədəki durum, həmçinin, dini radikalizmin təzahür formaları və onunla mübarizə üsulları, gəncləri qeyri-ənənəvi dini cərəyanlar və dini ekstremistlərin təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər.
***
Aprelin 28-də Sabirabad rayonunun Bulaqlı kənd məscidi dini icmasında “Vətənpərvərlik milli-mənəvi dəyər kimi” mövzusunda ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Bulaqlı kənd məscidi dini icmasının sədri Rufat Utarov, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Faiq Hüseynov, Sabirabad rayonu İcra Hakimiyyətinin Bulaqlı kəndi üzrə nümayəndəsi Zülfəli Musayev, həmçinin,  gənclər, dini icma üzvləri,  dindarlar və ziyalılar iştirak ediblər.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxış edərək Prezidentimiz İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən ölkədə dini maarifləndirmə və milli -mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi məqsədilə  ayrılmış maliyyə vəsaitinin əhəmiyyətindən danışıb. Çıxışına əlavə edərək bildirib ki, bu gün xalqımızın zəngin tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Son günlər cəbhə bölgəsində baş vermiş hadisələrə toxunan natiq, xalqımızın birliyinin vacibliyindən bəhs edərək, xüsusən gənclər arasında vətənpərvərlik hisslərinin səviyyəsinin yüksək olduğunu qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri  Cavanşir Bəhrəmov milli-mənəvi dəyərlərə dövlət səviyyəsində yüksək qayğı göstərilməsini qeyd edib. Məktəblilərin, gənclərin yüksək vətənpərvərlik ruhunda yetişməsində ağsaqqalların və ziyalıların üzərinə böyük məsuliyyət düşdüyünü nəzərə çatdırıb.
Sabirabad rayonu Bulaqlı kənd məscidi dini icmasının sədri Utarov Rüfət çıxışında vurğulayıb ki, hamımızın ümumi vəzifəsi gənclərdə vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir"
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
***
Aprelin 28-də digər maarifləndirmə tədbiri Yardımlı rayonu Yardımlı şəhər məscidi dini icmasında “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” adlı layihə çərçivəsində “Səmavi dinlərdə Vətən sevgisi” mövzusunda  keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Yardımlı Rayon İcra Hakimiyyəti aparatının nümayəndəsi Kərəm Hüseynov, şöbənin baş məsləhətçisi Aqil Həsənli, rayon Təhsil şöbəsinin əməkdaşları Nəci Bağırov, Etibar Əməşov, Yardımlı rayonu Yardımlı şəhər məscidi dini icmasının sədri Asif Ağayev, Yardımlı şəhər 1 saylı məktəbin direktoru , məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Daha sonra Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənc nəsildə multikultural və tolerantlıq dəyərlərin aşılanması, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması, gənclərin  zərərli vərdişlərdən uzaqlaşdırılması haqqında düzgün təsəvvürlərin yaradılması, müasir və sağlam düşüncəli gənclərin formalaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək. Həmçinin, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində  maarifləndirici işlər aparılacaqdır. Bu günkü tədbir də məqsədi gənc nəslin vətənpərvər böyüməsində dinimizin rolunu önə çəkməkdir.
Tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rövşən Süleymanov Azərbaycan cəmiyyətində multukultural dəyərlərin tolerantlıq ənənələri ilə birgə inkişaf etdiyini, bu dəyərlərin birgəyaşayış prinspinə çevrilməsini qeyd ediblər və mövcud olan bu ənənələrin daha da möhkəmləndirilməsi üçün lazım olan amillərə toxunublar. Bildirilib ki, səmavi dinlərdən sonuncusu olan İslam dinində Vətən sevgisinə xüsusi diqqət yetirilir və gənclərin vətənpərvər ruhda böyüməsi üçün belə tədbirlər bütün məktəblərdə keçirilməlidir.
Tədbir diskussiya şəklində davam etdirilmiş, şagirdlər tərəfindən verilən suallar cavablandırılmışdır.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan “Dövlət və din” jurnalının bir neçə buraxılışı və dini ədəbiyyatlar məktəbin kitabxanasına hədiyyə edildi.
 


Son baxılan xəbərlər

DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.01.2018 / 15:14
Ətraflı oxu

Masallıda “Azərbaycan Xalq Cümhuriyyəti və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.03.2018 / 15:43
Ətraflı oxu

“Vətən sevgisi imandandır” adlı silsilə tədbirlər davam edir

Press-relizlər
08.02.2018 / 16:07
Ətraflı oxu

Xızıda “Narkomaniyanın fərdi və ictimai təhlükələri” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.02.2020 / 16:14
Ətraflı oxu

Mübariz Qurbanlı: Azərbaycanda heç vaxt dini, irqi və etnik ayrı-seçkilik olmayıb

Xəbərlər
19.02.2021 / 15:41
Ətraflı oxu

270 nəfər 39 yer uğrunda mübarizə aparır

Xəbərlər
05.08.2022 / 11:00
Ətraflı oxu