Press-relizlər / 26.04.2016 / 11:32
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə davamlı olaraq tədbirlər keçirilir.
Aprelin 25-də Oğuz rayonu Xaçmaz kənd məscidi dini icmasının icra etdiyi “Nümunəvi dindar və mötədil müsəlman şəxsiyyəti” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Vüqar Əliyev, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin məsləhətçisi Taleh Abdullayev, Oğuz Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ayaz Ağayev, din xadimləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xaçmaz kənd məscidi dini icmasının sədri Fəxrəddin İslamov layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib. DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev məruzəsində dövlət-din münasibətlərindən, Dövlət Komitəsinin dini maarifləndirmə istiqamətində həyata keçiridiyi tədbirlərdən danışıb.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Vüqar Əliyev çıxışında İslamda Vətən və dövlət sevgisi, dini radikalizm və ekstremizm kimi mənfi ünsürlərin İslam dininə yad olması mövzularında tədbir iştirakçılarına ətraflı məlumatlar verib .
Oğuz RİH-in şöbə müdirinin müavini Ayaz Ağayev öz çıxışında ölkəmizdəki multikultural və tolerant mühitdən, dini radikalizm və ona qarşı mübarizənin əhəmiyyətindən danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.