Ağdaş şəhərində “Dini radikalizmlə mübarizədə milli və dini dəyərlərimizin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 22.04.2016 / 16:54

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə davamlı olaraq tədbirlər keçirilir.
Aprelin 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağdaş şəhəri, “Üç qovaq” məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərindən qorunması” layihəsi çərçivəsində Ağdaş şəhərində “Dini radikalizmlə mübarizədə  milli və dini dəyərlərimizin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icmanın sədri Şahin Rəhimli, Ağdaş RİH-in İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Qalib Həsənov, Ağdaş rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, rayonda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdaş şəhəri, “Üç qovaq” məscidi dini icmasının sədri Şahin Rəhimli mövzu ilə bağlı ətraflı çıxış edərək öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin məsləhətçisi Fuad Şirinov mövzu ilə bağlı çıxış edərək, dini radikalizmin fəsadları, gəncləri qeyri-ənənəvi dini cərəyanlar və dini ekstremistlərin təsirinə düşməkdən çəkindirmədə milli və dini dəyərlərimizin rolu barədə danışıb.
Tədbirdə, eyni zamanda Ağdaş RİH-in İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Qalib Həsənov, Ağdaş rayonu “Qarabağ Veteranları Şurası”nın sədri İlham Beydullayev, şair-tədqiqatçı Abid Usubov, Ağdaş rayonunda din xadimi kimi fəaliyyət göstərən Elşən Həşimov, Fərhad Bəhərçinov, Kamran Məmmədov, Əvəz Quliyev, Vasif Əhmədov, Firqət Alxasov da çıxış edərək Ağdaş rayonu üzrə dini sahədəki durum, həmçinin, dini radikalizmlə mübarizənin əhəmiyyəti və milli, dini dəyərlərimizi qorumaqla dini radikalizmlə mübarizə aparmağın üsullarından bəhs ediblər.

Son baxılan xəbərlər

Göyçayda din xadimləri Xocalı faciəsinin qurbanlarını yad ediblər

Press-relizlər
21.02.2022 / 10:45
Ətraflı oxu

Şəkidə “XXI əsrdən baxış: din və qadın” mövzusunda ikigünlük regional konfrans keçirilib

Press-relizlər
25.02.2020 / 15:37
Ətraflı oxu

Lənkəranda din xadimlərinin iştirakı ilə onlayn tədbir keçirilib

Xəbərlər
17.08.2020 / 12:18
Ətraflı oxu

Apellyasiya komissiyasına müraciət etmək istəyənlərin nəzərinə!

Xəbərlər
21.09.2023 / 17:51
Ətraflı oxu

“İntihar: mənəvi və ictimai müstəvidə” mövzusunda onlayn formatda seminar-treninq keçirilib

Xəbərlər
09.12.2021 / 17:05
Ətraflı oxu

Gündüz İsmayılov: Ramazan cəmiyyətdə vəhdət və qardaşlıq anlayışlarının təbliği üçün gözəl fürsətdir

Xəbərlər
15.04.2021 / 10:10
Ətraflı oxu