Elşad İskəndərov: Azərbaycanda dinə marağın artması müşahidə edilir

Açıqlama / 13.11.2012 / 16:14

Azərbaycanda milli mənəvi dəyərlərin yüksəlməsi ilə yanaşı, dinə marağın artması da müşahidə edilir. Bunu  jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib. Komitə sədri bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədə tənzimlənir. Eyni zamanda, əhalinin əksər hissəsi bu istiqamətdə aparılan fəaliyyətdən razıdır. İskəndərov əlavə edib ki, Azərbaycanda tolerantlıq mühiti əhali tərəfindən mütləq şəkildə dəstəklənir.
"Əhalinin dini sahədə maarifləndirilməsinə ehtiyac var. Bu, bütövlükdə Dövlət Komitəsinin deyil, həm də mətbuatın işi olmalıdır", - İskəndərov bildirib. O qeyd edib ki, hazırda komitə bu istiqamətdə işlər aparır. E. İskəndərovun sözlərinə görə, hazırda qarşıda 3 prioritet məsələ durur. Bunlar din-dövlət münasibətlərinin cəmiyyəti qane edəcək şəkildə tənzimlənməsi, radikalizmin süni şəkildə yayılmasının qarşısının alınması və əhali arasında aktiv şəkildə maarifləndirmə işlərinin aparılması, cəmiyyətin dinə olan ehtiyacının ödənilməsidir.

Son baxılan xəbərlər

Balakəndə “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
09.01.2020 / 16:39
Ətraflı oxu

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri

Xəbərlər
07.12.2018 / 16:58
Ətraflı oxu

Saatlı rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
02.08.2019 / 15:17
Ətraflı oxu

Dövlət Komitəsinin növbəti “Könüllü fəaliyyət” layihəsi işə başlayıb

Könüllü fəaliyyət
01.12.2021 / 15:53
Ətraflı oxu

İsmayıllıda “Din və ideoloji təhlükəsizlik” mövzusunda tədbir keçirilib

Xəbərlər
18.10.2022 / 12:01
Ətraflı oxu

Rayonlarda maarifləndirici görüşlər baş tutub

Xəbərlər
10.06.2022 / 10:06
Ətraflı oxu