Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə respublikamızda dini maarifləndirmə tədbirləri keçirilir

Press-relizlər / 09.03.2016 / 15:41

Martın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsin dəstəyi ilə Lerik rayonu Gürdəsər kənd məscidi dini icmasının həyata keçirdiyi "Dini radikalizmə qarşı mübarizə yolları və milli mənəvi dəyərlərimiz" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın Dini Qurumlarla İş üzrə şöbənin məsləhətçisi Əli Həziyev, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbənin əməkdaşları, Lerik Rayon İcra Hakimiyyəti başçısının Əliabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağamməd Abbasov və  Gürdəsər kənd  məscidi dini icmasının sədri Rafiq Kişiyev və dindarlar, kənd sakinləri, eləcə də gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədov layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb. Şöbə müdiri ölkə başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayırması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Tədbirdə DQİDK-nın Dini Qurumlarla İş üzrə şöbənin məsləhətçisi Əli Həziyev "Radikalizmə qarşı mübarizə və milli mənəvi dəyərlərimizin qorunması", Lerik rayon İcra Hakimiyyəti başçısının Əliabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağamməd Abbasov   "Milli mənəvi dəyərlərimiz" mövzuları üzrə məruzələrlə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar.
                                                   ***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının həyata keçirdiyi “Dini fanatizm və ekstremizm: multikultural cəmiyyət üçün təhlükə” layihəsi çərçivəsində mart ayının 9 –da Göyçay şəhərində “Dini ekstremizm və onunla mübarizə üsulları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icmanın sədri, QMİ-nin Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının sədri Rəsul Kazımov layihə çərçivəsində həyata keçiriləcək maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev dini ekstremizmə qarşı mübarizə üsullarından biri kimi düzgün dini maarifləndirmənin əhəmiyyətindən bəhs edib. Ə.Rəfiyev, İslam dininin müqəddəs təməl qaynaqlarında radikallığa və ekstremizmə deyil, daim mötədilliyə bir çağırışın olduğunu diqqətə çatdırıb.Tədbirdə eyni zamanda Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidinin axundu Ramin Rəhimov da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini iştirakçılarla bölüşüb. Çıxış edən natiqlər Azərbaycanda tarixən dini tolerantlıq mədəniyyətinin yüksək səviyyədə olduğunu, dini ekstremizmə qarşı mübarizədə düzgün dini maarifləndirici tədbirlərin əhəmiyyətini  diqqətə çatdırıblar.
Qeyd edək ki, tədbirlər Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Özbəkistan səfiri ilə görüşüb

Xəbərlər
30.09.2020 / 13:39
Ətraflı oxu

Dövlət Komitəsinin növbəti “Könüllü fəaliyyət” layihəsi işə başlayıb

Könüllü fəaliyyət
01.12.2021 / 15:53
Ətraflı oxu

Şabranda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük ...

Press-relizlər
10.05.2018 / 15:38
Ətraflı oxu

Pasxa bayramı münasibətilə Bakı şəhərində yerləşən “Xilaskar” yevangelik-lüteran kilsəsində konsert-görüş təşkil edilib

Press-relizlər
26.04.2019 / 12:17
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Din adı altında təxribatlar edir, milli maraqlarımıza zərbə vurmaq ...

Müsahibələr
12.07.2018 / 17:41
Ətraflı oxu

Prezident İlham Əliyev dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı Sərəncam imzalayıb

Xəbərlər
12.09.2018 / 11:42
Ətraflı oxu