Balakən və Lerik rayonlarında dini radikalizmlə mübarizə məsələsi müzakirə olunub

Press-relizlər / 07.03.2016 / 17:03

Martın 5-i və 7-si Balakən şəhəri “Mərkəzi Cümə Məscidi” dini icmasının həyata keçirdiyi “Cəmiyyətimizin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində Balakən şəhərində  “Milli-mənəvi dəyərlərimizə sahib çıxaq” mövzusunda tədbir keçirilib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elvin Qarayev, din xadimləri, gənclər, dindarlar, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri  iştirak ediblər. Layihənin rəhbəri Elşən Poladov çıxışı zamanı İslam dininin mahiyyəti barədə geniş məlumat verib. O qeyd edib ki, İslam dini yaxşılığı, humanizmi və pis əməllərdən çəkinməyi təbliğ edir. Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov  ölkəmizin sahib olduğu əmin-amanlıq şəraitini qorumaq üçün milli-mənəvi dəyərlərimizə sahib çıxmağın və radikal dini düşüncələrə qarşı ideoloji mübarizə aparmağın vacibliyini diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elvin Qarayev çıxış edərək bildirib ki, hər bir radikal fikir cəmiyyətdə stabilliyi pozmağa istiqamətlənib və bir vətəndaş kimi bizim borcumuz bu cür fikirlərə qarşı laqeyd qalmamaqdır.
                                                                                  ****
Martın 7-də digər maarifləndirici tədbir Lerik rayonu Gürdəsər  kənd məscidi dini icmasının həyata keçirdiyi "Dini radikalizmə qarşı  mübarizə yolları və milli- mənəvi dəyərlərimizin təbliği" layihəsi çərçivəsində Lerikdə keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Gürdəsər  kənd  məscidi dini icmasının sədri Rafiq Kişiyev, dindarlar, kənd sakinləri,ağsaqqallar,ziyallılar və  gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov  "Dini radikalizmə qarşı  mübarizə yolları və milli mənəvi dəyərlərimizin təbliği" layihəsi çərçivəsində bugünkü tədbirin “İslamda qadın hüquqları” mövzusuna həsr olduğunu qeyd edib.  Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı “İslamda qadın hüquqları” mövzusunda İslam dininə görə qadın və kişinin mahiyyət etibarı ilə eyni hüquqlu varlıq olmaları və qadınların cəmiyyyət üçün faydalı fərdlərin yetişdirilməsindəki rolu, Allah qarşısında insanların cinsiyyətinə görə deyil, təqva baxımından fərqlənməsi haqqında məruzə edib.Tədbirdə Gürdəsər kənd məscidi dini icmasının sədri Rafiq Kişiyev "İslamda ailə münasibətləri", Gürdəsər kənd sakini,din xadimi Emil Əzizov "İslam dəyərləri və müasirlik"  mövzuları üzrə tədbir iştirakçılarını məlumatlandırıblar
Qeyd edək ki, tədbirlər Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
 
 
    


Son baxılan xəbərlər

Bakıda “Din və multikultural təhlükəsizlik” mövzusunda konfrans keçirilib

Press-relizlər
16.12.2019 / 17:11
Ətraflı oxu

“Sağlam həyat naminə narkomaniyaya “Yox” deyək” adlı tədbir keçirilib

Press-relizlər
16.04.2018 / 15:57
Ətraflı oxu

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb

Xəbərlər
12.06.2018 / 10:01
Ətraflı oxu

Azərbaycandakı dini icmalar arasındakı münasibət dünyada nadir hallarda rast gəlinən tolerantlıq nümunəsidir

Xəbərlər
03.09.2013 / 13:00
Ətraflı oxu

Madriddə “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfrans ...

Press-relizlər
07.11.2017 / 12:35
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının və Elmi-Dini Şuranın fətvası

Xəbərlər
28.08.2019 / 10:45
Ətraflı oxu