Dini icmalar ahılları ziyarət etdi (FOTO)

Press-relizlər / 12.08.2013 / 14:05

Azərbaycanda fəaliyyət göstərən müxtəlif dinlərə mənsub icmaların təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və dəstəyi ilə dini icmaların nümayəndələri Ramazan bayramı münasibəti ilə Bakı şəhəri Xəzər rayonunun Bilgəh qəsəbəsində yerləşən Ahıllar Evini ziyarət etmişlər.

Müsəlman, xristian və yəhudi icmaların nümayəndələri birlikdə iştirak etdiyi bayram görüşündə təbrik çıxışları olmuşdur. Müsəlman icmaları adından İçərişəhər Cümə məscidi dini icmasının sədri Surxay Məmmədli çıxış edərək Ramazan bayramının mənəvi fəzilətləri ilə bağlı fikirlərini bölüşmüş və ahılların Ramazan bayramını təbrik etmişlər. Təbriklərə qeyri-müsəlman dini icmaları da qoşulmuşlar. Yəhudi icmaları adından Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, xristian dini icmaları adından isə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi keşiş Konstantin çıxış etmiş, ahıllarla bayram sevinclərini bölüşmüş, xoş arzularını bildirmişlər. Natiqlər ilk dəfə belə bir tədbirin təşkilatçılığına görə Dövlət Komitəsinə minnətdarlıqlarını ifadə etmiş, göstərilən dəstəyi yüksək qiymətləndirmişlər.

Ahıllar Evinin kollektivi tərəfindən də müsbət qarşılanan tədbir Azərbaycanda mövcud dini tolerantlığın nümunəsi kimi dəyərləndirilmişdir. Tədbirdə həmçinin 170-ə yaxın personalı olan Ahıllar Evinə dini icmalar tərfindən bayram sovqatları təqdim olunmuş, xatirə fotoları çəkilmişdir.

Qeyd edək ki, tədbirdə dünya şöhrətli fotoqraf Reza Deqati də iştirak etmişdir.


 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Şirkətlərə Ümrə və digər ziyarətgahlara səfərlərin təşkili ilə bağlı ...

Açıqlama
19.05.2015 / 18:58
Ətraflı oxu

Türkan qəsəbəsində maarifləndirici tədbir baş tutub

Press-relizlər
10.04.2017 / 16:40
Ətraflı oxu

“Bahar Enerji Əməliyyat” şirkətinin kollektivi ilə dini radikalizmə qarşı mübarizə istiqamətində maarifləndirici görüş keçirilib

Press-relizlər
17.04.2019 / 17:08
Ətraflı oxu

Prezident İlham Əliyev: "Ermənistan dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti ...

Xəbərlər
03.09.2020 / 12:24
Ətraflı oxu

Milli Qurtuluşdan başlayan böyük yol

Press-relizlər
13.06.2020 / 10:04
Ətraflı oxu

Göyçayda “Zərərli vərdişlər, erkən nikah və dini radikalizmin fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.12.2018 / 17:13
Ətraflı oxu