Azərbaycandakı multikulturalizm ənənələri bir çox dövlətlər üçün nümunə ola bilər

Multikulturalizm / 06.02.2016 / 09:47

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə fevralın 5-də “Tolerantlıq nümunəsi Azərbaycan” mövzusunda tədbir keçirilib.
Kürdəmir rayon Təhsil Şöbəsində keçirilən tədbirdə rayonun təhsil işçiləri, icra nümayəndələri, ağsaqqallar və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov bildirib ki, Ümummilli Lider Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının ayrılmaz tərkib hissəsi hesab edərək etnik azlıqların hüquq və azadlıqlarının, onların etnomədəni və dini dəyərlərinin qorunmasını insan hüquqları və əsas azadlıqları çərçivəsində həyata keçirirdi. Bu gün Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəldilən bu siyasəti uğurla inkişaf etdirir. Multikulturalizmin dövlət siyasəti və həyat tərzimiz olduğunu nəzərə alaraq Prezident İlham Əliyev bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Bu gün Heydər Əliyev Fondu da multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq arenada təbliğinə böyük töhfələr bəxş edir. Özünün çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələri olan Azərbaycan uğurlu multikulturalizm siyasətinin aparılmasına parlaq nümunədir, dünyada milli, dini diskriminasiyanın, irqçiliyin yayıldığı bir dövrdə ölkəmiz multkulturalizmi, tolerantlığı özünün dövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevirmişdir. Azərbaycanda uzun əsrlərdir ki, fərqli dini konfessiyalar, müxtəlif xalqlar və etnik qruplar sülh, dostluq, qardaşlıq şəraitində yanaşı yaşayırlar. Bu gün bütün cəmiyyətlər üçün vahid, demokratik bir multikultural modelin olması çox zəruridir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Əzim Rəfiyev “Dini fanatizm və ekstremizm: multikultural cəmiyyət üçün təhlükə”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Nizami Məmmədov “Ənənəvi İslam: radikalizmlə mübarizə vasitəsi kimi”, Qafqaz Müsəlmanları İdarəsinin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi, Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri və axundu Fizuli Cəfərov “Tolerantlıq nümunəsi Azərbaycan” mövzularında çıxış ediblər.
Natiqlər Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra din sahəsində gərginliyin azaldılması, dini vəziyyətin yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində mühüm tədbirlərin görüldüyünü, Prezident İlham Əliyev tərəfindən bu siyasətin indi də uğurla davam etdirildiyini, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm” ili elan olunmasını, ölkəmizdə yaşayan milli və dini azlıqlara bütün sahələrdə bərabər imkanlarin yaradılmasını və bütün bunların dünyanın bir çox dövlətləri üçün nümunə ola biləcəyini vurğulayıblar.
 
    


Son baxılan xəbərlər

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
14.09.2017 / 18:13
Ətraflı oxu

Dövlət Komitəsinin şöbə müdirinin məqaləsi ABŞ-ın məşhur xəbər portalında dərc edilib

Xəbərlər
03.09.2020 / 13:10
Ətraflı oxu

Qaxda “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirilib

Xəbərlər
27.05.2022 / 17:31
Ətraflı oxu

Qubada "Vətəni sevmək imandandır" mövzusunda tədbir keçirilib

Press-relizlər
31.05.2018 / 15:19
Ətraflı oxu

Neftçalada dini durum müzakirə olunub

Press-relizlər
02.04.2021 / 15:57
Ətraflı oxu

Qurtuluşdan Zəfərə

Xəbərlər
06.05.2022 / 09:11
Ətraflı oxu