Regionlarda müxtəlif mövzulara həsr edilmiş tədbirlər keçirilib

Press-relizlər / 17.11.2023 / 17:47

Respublikamızın bölgələrində müxtəlif mövzulara həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib.

 

17.11.2023, Şəki şəhəri:  “Tolerantlığın Azərbaycan modeli” mövzusunda baş tutan tədbirə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Saleh Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Kamran Məmmədov və dini icma üzvləri, Pedaqoji Universitetin Şəki filialında “ Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə yolları” mövzusunda keçirilən tədbirə isə bölgə şöbəsinin əməkdaşı Minarə Məmmədhüseynova, müəllimlər, həmçinin tələbələr qatılıblar.

 

17.11.2023, Siyəzən rayonu: “Birlik və həmrəyliyin qələbəsi” mövzusu müzakirə olunub. Tədbirdə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, "Siyəzən Gənclər evi" sosial xidmət müəssisəsinin direktoru Nərmin Nəbiyeva və gənclər iştirak ediblər.   

 

17.11.2023, Gəncə şəhəri: Gəncə Tibb Kollecində “Uşaq hüquqlarının qorunması: erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Samirə Məmmədova, qadın dini ayinlərin icraçısı Nabat Xasməmmədli və kollecin tələbələri iştirak ediblər. 

 

17.11.2023, Saatlı rayonu: “17 Noyabr-Milli Dirçəliş Günüdür” mövzusu müzakirə olunub. Tədbir bölgə şöbəsinin əməkdaşı Elvin İbrahimov, ictimaiyyət nümayəndələri və  gənclərin iştirakı ilə baş tutub. 

 

Çıxışlarda mövzuların əhəmiyyətindən bəhs edilib. Bu cür tədbirlərin keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Sonda iştirakçıların sualları cavablandırılıb.

 


Son baxılan xəbərlər

Xırdalanda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
01.03.2018 / 12:34
Ətraflı oxu

Dövlət Komitəsi Qubada regional konfrans keçirəcək

Press-relizlər
18.06.2013 / 12:14
Ətraflı oxu

Yevlax rayonunda "Dini mərasim, ayin və tədbirlərin təşkili” mövzusunda tədbir keçirilib

Press-relizlər
17.08.2023 / 14:29
Ətraflı oxu

"Tolerantlıq - dövlət siyasəti və milli dəyər" mövzusunda konfrans keçirilib

Xəbərlər
16.11.2022 / 16:27
Ətraflı oxu

Kürdəmirdə “Milli – mənəvi dəyərlərinə bağlı gənclik” mövzusunda tədbir keçirilib

Press-relizlər
04.02.2022 / 16:28
Ətraflı oxu

Mübariz Qurbanlı: Azərbaycanın milli-mənəvi dəyərlərini gələcək nəsillərə çatdırmaq üçün fəaliyyət göstəririk

Açıqlama
17.11.2023 / 10:58
Ətraflı oxu