Bölgələrdə 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbirlər keçirilib

Press-relizlər / 16.11.2023 / 17:00

Azərbaycanda 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

 

15.11.2023, Göyçay rayonu: Göyçay şəhər məscidində Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə bölgə şöbəsinin müdiri İlham Qəribov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri Cavid Səfərov, Rəsul Kazımov, din xadimləri, eləcə də dini icma sədrləri iştirak ediblər.

 

15.11.2023, Quba rayonu: Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş daha bir tədbir bölgə şöbəsinin müdir müavini Elnur Ağasiyev, rayon İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin əməkdaşı Murad Əsgərov, İslam və qeyri-islam dini icmaların nümayəndələrinin iştirakı ilə Qubada baş tutub.

 

15.11.2023, Zaqatala rayonu: Danaçı kənd 2 saylı tam orta məktəbində 16 Noyabr- Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə keçirilən tədbirdə bölgə şöbəsinin müdiri İlqar Vəliyev, Rayon İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Ramin Həsənov, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.

 

16.11.2023, Gəncə şəhəri: Gəncə Dövlət Universitetində 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir isə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, İH-in nümayəndəsi Abuzər Zeynalov, müəllim və tələbələrin iştirakı ilə baş tutub.

 

Çıxışlarda bildirilib ki, tolerantlığın Azərbaycanda möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının multikultural dəyərlərinin qorunması sahəsində siyasi xətti Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır və Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir. 

 


Son baxılan xəbərlər

“Narkomaniyaya yox deyək” adlı onlayn tədbir keçirilib

Xəbərlər
27.07.2021 / 13:56
Ətraflı oxu

“İslamda Vətən sevgisi və milli özünüdərk” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.11.2017 / 17:39
Ətraflı oxu

Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır

Press-relizlər
15.05.2019 / 17:10
Ətraflı oxu

Dini sahədə dövlət siyasəti: reallıqlar və hədəflər

Xəbərlər
11.11.2021 / 16:21
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
22.11.2023 / 17:30
Ətraflı oxu

Prezident İlham Əliyev: “Multikulturalizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir”

Xəbərlər
02.05.2019 / 15:09
Ətraflı oxu