DQİDK müvafiq qurumlarla birgə bölgələrdə maarifləndirmə tədbirləri təşkil edir

Press-relizlər / 15.11.2023 / 16:45

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) müvafiq qurumlarla birgə həyata keçirdiyi maarifləndirmə tədbirləri davam edir.

 

15.11.2023, Abşeron rayonu: Xırdalan şəhəri 2 saylı tam orta məktəbində “Dini radikalizm və ekstremizmin fəsadları” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Elyanar Hüseynov, müəllimlər və şagirdlər iştirak ediblər.

 

14-15.11.2023, Sumqayıt şəhəri: şəhər 29 saylı və 33 saylı tam orta məktəblərində keçirilən maarifləndirmə tədbirlərinə Şəhər Baş Polis İdarəsinin əməkdaşları, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini vəzifəsini icra edən Ülvi Məmmədov, şöbənin əməkdaşı Xalid Paşayev, regional gənclər və idman, təhsil idarələrinin nümayəndələri, müəllimlər və şagirdlər qatılıblar.

 

15.11.2023, Daşkəsən rayonu: şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbində “Dini radikalizmlə mübarizə” mövzusu müzakirə olunub. Tədbirə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, Rayon İcra Hakimiyyətinin (İH) əməkdaşları və şagirdlər qatılıblar.

 

15.11.2023, Zərdab rayonu: Zərdab rayonunda isə “Erkən nikah: hüquqi və mənəvi müstəvidə” mövzusu müzakirə edilib. Tədbir DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, ictimaiyyət nümayəndələri və şagirdlərin iştirakı ilə baş tutub.

 

15.11.2023, Ucar rayonu: Qazyan kənd 1 saylı tam orta məktəbində DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Rayon Polis Şöbəsinin əməkdaşları, müəllim və şagirdlərin iştirakı ilə “Uşaq hüquqlarının  qorunması: erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusu müzakirə edilib.

 

15.11.2023, Astara və Lerik rayonları: Astara rayonu Kijəbə qəsəbə, Giləkəran, Şiyəkəran kənd və Lerik rayonu Orand kənd məscidlərində “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda keçirilən tədbirlərdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, məscidlərin imamları, dini icma üzvləri, eləcə də ictimaiyyyət nümayəndələri iştirak ediblər.

 

15.11.2023, Tovuz rayonu: rayonun Peşə Liseyində “Erkən nikah və dini radikalizmə yox deyək" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, rayon Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev, ictimaiyyət nümayəndələri, eləcə də gənclər iştirak ediblər.

 

Çıxışlarda maarifləndirmə tədbirlərinin önəmindən bəhs olunub. Bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Sonda iştirakçıların sualları cavablandırılıb.

 


Son baxılan xəbərlər

Dövlət Komitəsində görüş olub

Press-relizlər
22.12.2017 / 16:30
Ətraflı oxu

Biləsuvarda “Tolerantlıq və multikulturalizm dövlət siyasətinin tərkib hissəsi kimi” mövzusu müzakirə olunub

Press-relizlər
23.09.2022 / 15:18
Ətraflı oxu

Bölgələrdə Məhərrəm ayı ilə bağlı tədbirlər keçirilib

Press-relizlər
03.08.2022 / 16:11
Ətraflı oxu

“Narkomaniya-ümumbəşəri bəla” mövzusunda onlayn seminar keçirilib

Press-relizlər
05.05.2021 / 16:22
Ətraflı oxu

Heydər Əliyev və multikulturalizm siyasəti

Xəbərlər
24.11.2023 / 09:04
Ətraflı oxu

Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri “Jewish Journal” nəşrində işıqlandırılıb

Press-relizlər
07.06.2018 / 09:25
Ətraflı oxu