“Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans yekunlaşıb

Xəbərlər / 13.10.2023 / 15:01

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Göyçayda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən üçgünlük regional konfrans oktyabrın 13-də öz işini davam etdirib.

Rayonda fəaliyyət göstərən idarə və təşkilatların rəhbər şəxsləri, din xadimləri, ictimaiyyət nümayəndələri, eləcə də gənclərin iştirak etdikləri tədbirdə çıxışına “Ölkədəki dini durumun sabitliyi, tolerantlığın səviyyəsinin yüksək olması, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyin olmaması din mənsublarına öz ibadətlərini sərbəst yerinə yetirməyə, dini bayram və mərasimlərini keçirməyə əlverişli şərait yaradır” sözləri ilə başlayan DQİDK sədrinin müavini Gündüz İsmayılov bildirib ki, ölkəmiz yüz illər boyunca müxtəlif mədəniyyətlərin yanaşı yaşamasına bariz nümunədir. Cənab Prezident İlham Əliyevin təşəbbüsü və göstərişi ilə hər il dövlət-din münasibətlərinin davamlı olaraq təkmilləşməsi, tolerantlıq və mədəni müxtəliflik ənənələrinin təbliği məqsədilə ölkədəki dini qurumlara maliyyə yardımı göstərildiyini xatırladan sədr müavini, bütün bunların cəmiyyətin mənəvi zənginləşməsinə, dost və qarşılıqlı anlaşma münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bütün bunlar həm Azərbaycan hökumətinin din siyasətinin mahiyyətini və miqyasını göstərir, həm də dini qurumların fəaliyyətinin hərtərəfli dəstəklənməsi faktını təsdiqləyir.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Göyçay rayon Gənclər və İdman sektorunun nümayəndəsi Təranə Nuriyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin, o cümlədən ictimai-siyasi həyatdakı sabitliyin dini sahədə də özünü göstərdiyini bildirib. Qeyd edib ki, respublikamızda mövcud dini konfessiyalar arasında hökm sürən tolerant və multikultural münasibətlər xalqımızın təhlükəsiz və rahat həyatının təmin edilməsinin təməl sütünlarından birini təşkil edir.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon təhsil sektorunun müdiri Rauf Məmmədov mövzu ilə bağlı fikirlərini bölüşərək regionlarda keçirilən bu tip maarifləndirmə tədbirlərinin önəminə diqqəti çəkiblər. Bildirilib ki, DQİDK tərəfindən tolerant mühitin qorunması və təbliği istiqamətində görülən işlər dini maarifləndirilmə baxımından mühüm əhəmiyyət daşıyır.

Üçgünlük regional konfrans müzakirələrlə yekunlaşıb. 


Son baxılan xəbərlər

Gündüz İsmayılov: “İdxal edilən dini ədəbiyyatın içərisində zərərli kitabların sayı azalıb”

Açıqlama
30.01.2017 / 14:41
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri ilə görüşüb

Press-relizlər
22.10.2019 / 17:36
Ətraflı oxu

Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub

Press-relizlər
12.12.2022 / 16:46
Ətraflı oxu

Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin (SOCAR) Qaz Emalı Zavodunun rəhbər heyəti və əməkdaşları ilə ...

Xəbərlər
05.10.2018 / 15:01
Ətraflı oxu

Regionlarda müxtəlif mövzulara həsr edilmiş tədbirlər keçirilib

Press-relizlər
17.11.2023 / 17:47
Ətraflı oxu

Xırdalanda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
01.03.2018 / 12:34
Ətraflı oxu