
Press-relizlər / 28.09.2023 / 14:40
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Goranboy rayonu və Naftalan şəhəri üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Vətən uğrunda şəhadət” mövzusunda maarifləndirmə tədbiri baş tutub. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, QMİ-nin Qazılar Şurasının üzvü Anar Orucov, din xadimləri və dini icma sədrləri iştirak edib.
*** *** ***
Balakən rayonu Tülü kənd 1 saylı tam orta məktəbində isə "Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusu müzakirə olunub. Tədbir DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ruslan Əfəndiyev, müvafiq qurumların əməkdaşları, müəllimlər və şagirdlərin iştirakı ilə keçirilib.
*** *** ***
Vətən Müharibəsi Qəhrəmanı Şixamir Qaflanov adına Zaqatala şəhəri Humanitar fənlər gimnaziyasında isə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Məmmədov, Zaqatala Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Aydın Camalov, müəllimlər və məktəblilər iştirak ediblər.
*** *** ***
Hacıqabul rayonunda narkomaniyaya qarşı mübarizə mövzusuna həsr olunmuş tədbirə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Sadiq Məmmədov, Rayon Polis Şöbəsinin şəxsi heyət üzrə rəis köməkçisi Kənan Zeynalov, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Natiq Əhmədov, ziyalılar və şagirdlər qatılıblar.
Çıxışlarda mövzuların əhəmiyyətindən danışılıb. Maarifləndirmə sahəsində görülən işlərdən bəhs olunub.
Qeydolunan tədbirlər müzakirələrlə yekunlaşıb.