Dini icmaların üzvləri üçün təlim təşkil edilib

Xəbərlər / 28.09.2023 / 14:23

Sentyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə dini icma üzvlərinə “Dini qurumların fəaliyyətində ƏL/TMM üzrə qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklər” mövzusunda təlim keçirilib. 

Azərbaycan İlahiyyat İnstitutunda baş tutan təlim əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində vəzifələr, bu istiqamətdə qanunvericiliyin yeni tələblərinin tətbiqi və qabaqcıl beynəlxalq təcrübə barədə dini icmaların məlumatlandırılması məqsədi daşıyıb.

Çıxış edən Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları Fuad Əliyev və Samir Məmmədov ƏL/TMM sahəsinə dair qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklər, dini qurumlar vasitəsilə əmlakın leqallaşdırılması, eləcə də terrorçuluğun maliyyələşdirilməsi sxemləri və ianələrin toplanılması zamanı onlardan sui-istifadə hallarının qarşısının alınması barədə ətraflı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Göyçayda gənclərlə maarifləndirici görüş keçirilib

Press-relizlər
28.02.2019 / 15:20
Ətraflı oxu

İslami dəyərlər milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və biz bunu qorumalıyıq

Müsahibələr
16.04.2016 / 13:13
Ətraflı oxu

Biləsuvar rayonunda fəaliyyət göstərən dini icma sədrləri ilə videoformatda görüş keçirilib

Xəbərlər
07.04.2021 / 17:08
Ətraflı oxu

Dövlət Komitəsinin növbəti “Könüllü fəaliyyət” layihəsi işə başlayıb

Könüllü fəaliyyət
04.12.2023 / 16:34
Ətraflı oxu

Masallıda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans başlayıb

Xəbərlər
20.06.2023 / 16:43
Ətraflı oxu

Şirvanda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans başlayıb

Xəbərlər
28.11.2023 / 17:25
Ətraflı oxu