Xəbərlər / 27.09.2023 / 16:36
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi 27 Sentyabr – Anım Günü münasibətilə Bakıda inşası davam etdirilən Zəfər Parkını ziyarət edib.
44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, xatirə daşının önünə gül dəstələri qoyublar.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 Sentyabr - Anım Günü kimi qeyd edilir. Bu gün xalqımız ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir.