Tbilisidə “Dinlərarası dialoqda dövlətin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər / 27.09.2023 / 15:26

Sentyabrın 27-də Tbilisidə “Dinlərarası dialoqda dövlətin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə əvvəlcə 27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların - şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib. O, bu cür tədbirlərin təşkilini yüksək qiymətləndirərək bildirib ki, müasir dövrdə dinlər arasında dostluq əlaqələrinin inkişafı olduqca vacibdir. Bu cür tədbirlər dini ekstremizmə qarşı mübarizədə mühüm rol oynayacaq.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, dinlərarası dialoq modelinə toxunaraq bildirib ki, dözümsüzlüyün artması, dindən siyasi məqsədlər üçün sui-istifadə, ksenofobiya, antisemitizm və islamofobiya kimi günümüzün qlobal çağırışları dinlərarası dialoqu hər zaman olduğundan daha da vacib edir. . Bu baxımdan dinlərarası dialoqun həm Azərbaycanda, həm də qlobal səviyyədə inkişaf istiqamətlərinin təhlili aktuallıq kəsb edir. Dinlərarası dialoq Azərbaycanda qədim tarixə malikdir və ölkəmizin milli inkişaf strategiyasının tərkib hissələrindən biridir.

O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında dövlət-din münasibətlərinin tənzimləndiyini xüsusi qeyd edib. Vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyası irqindən, milliyətindən, dinindən, dilindən və cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Müxtəlif konfessiyalra mənsub dini qurumlar qanunla müəyyən edilmiş qaydada dövlət reyestrində heç bir maneə olmadan qeydiyyata alınır və onlara dövlət tərəfindən hər il maliyyə yardımı edilir. Qeyri-müsəlman əhali ölkə ərazisində azlıq təşkil etsə də, dövlət tərəfindən onlara da müsəlmanlar kimi yüksək diqqət və qayğı göstərilir ki, bu da öz növbəsində Azərbaycanda dinlərarası harmoniyanın ən yüksək səviyyədə özünü göstərməsinin bariz nümunəsidir. M.Qurbanlı vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dinlərarası dialoqun inkişaf etdirilməsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu dialoqla bağlı Azərbaycanın təşəbbüsü və iştirakı ilə keçirilən tədbirlər dünyada dini-ekstremist dairələrin  manipulyasiya cəhdlərinin qarşısının alınmasında böyük əhəmiyyət daşıyır. Azərbaycan dövlətinin siyasətinə görə, dini müxtəliflik cəmiyyətin harmonik inkişafını təmin edən mənəvi dəyərlərdən biridir.

İki qonşu xalq arasında daim hökm sürən mədəni əlaqələrə də diqqət çəkən Komitə sədri  bildirib ki, hazırda yüz minlərlə azərbaycanlı Gürcüstanda yaşayır. Soydaşlarımız dini etiqad azadlığını sərbəst şəkildə yaşayır və dini icmalar yaradırlar. Eləcə də Azərbaycanda yaşayan dindar gürcülər dini icmalarda birləşiblər. Respublika ərazisində 4 gürcü pravoslav kilsəsi fəaliyyət göstərir. Həmçinin Dağ yəhudilərindən sonra Azərbaycan ərazisində məskunlaşan ən qədim yəhudi icması Gürcü yəhudiləridir ki, onlar da gürcü dilində danışırlar.

Azərbaycan – Gürcüstan əlaqələrinin çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək kimi möhkəm təməllər üzərində qurulmasına diqqət çəkən ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev bu gün strateji tərəfdaşlığın bütün region üçün nümunəvi rolunun daha da artdığını bildirib. Qeyd edib ki, Azərbaycan və Gürcüstan əsrlərboyu rəngarəng mədəni xüsusiyyətlərə məxsus müxtəlif millətlər və dinlərin nümayəndələrinin bir yerdə, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşadığı ölkələrdir. Bakı və Tbilisinin tarixi mərkəzlərində - məscid, kilsə və sinaqoqların qonşuluqda yerləşməsi, müxtəlif dinlərə aid ayinlərin sərbəst şəkildə yerinə yetirilməsi və dindarlar arasında əsl qardaşlıq ruhunun hökm sürməsi bizim ən dəyərli mənəvi sərvətlərimizdən biridir. Səfir Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının kimliyinin və milli məfkurəsinin formalaşması, ali dini dəyərlərin dirçəldilməsi və düzgün dərk edilməsi istiqamətində müstəsna rolundan danışaraq, bütün məsələlərə dövlətçilik prizmasından yanaşan Ümummilli Liderin xalqımızın tarixi, dini, mədəniyyəti və digər mühüm sahələrinin beynəlxalq səviyyədə təbliğinə diqqətindən bəhs edib. Eyni zamanda, səfir Azərbaycanda dini zəmində münaqişələrin olmaması, insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük şəraitinin yaradılmasının məhz Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu balanslaşdırılmış siyasətin nəticəsi olduğunu diqqətə çatdırıb.

Gürcüstan Baş nazirinin insan hüquqları üzrə müşaviri Niko Tatulaşvili çıxışında insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə danışıb.

Konfransda Azərbaycanın və Gürcüstanın dövlət və hökumət rəsmiləri, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, Azərbaycan, Türkiyə, İraq, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Macarıstanın Gürcüstandakı səfirləri, ABŞ, Qazaxıstan, İtaliya səfirliklərinin məsul əməkdaşları, Avropa İttifaqının və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.


Son baxılan xəbərlər

Zaqatalada “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar-müşavirə keçirilib

Xəbərlər
20.06.2023 / 15:10
Ətraflı oxu

Mərdəkanda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
09.02.2018 / 16:45
Ətraflı oxu

Komitə sədri Argentinanın “canal a” televiziyasına müsahibə verib

Press-relizlər
22.04.2021 / 10:38
Ətraflı oxu

Respublikamızın regionlarında maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
09.10.2023 / 15:31
Ətraflı oxu

Dövlət Komitəsinin növbəti “Könüllü fəaliyyət” layihəsi işə başlayıb

Könüllü fəaliyyət
04.12.2023 / 16:34
Ətraflı oxu

Bölgələrdə mütəmadi olaraq maarifləndirmə istiqamətində tədbirlər həyata keçirilir

Press-relizlər
04.12.2023 / 17:05
Ətraflı oxu