Vakant vəzifələrin tutulması üçün keçirilən növbəti müsahibə başa çatıb

Xəbərlər / 20.09.2023 / 16:24

Cari ilin 4-19 sentyabr tarixlərində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün keçirilən növbəti müsahibə prosesi başa çatıb.

Müsahibənin 4-8 sentyabr tarixlərini əhatə edən birinci mərhələsində qadın dini ayinlərin icraçısı, 11-19 sentyabr tarixlərini əhatə edən ikinci mərhələsində isə imam və imam müavini vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi həyata keçirilib.

3 may-3 iyun tarixlərində sənəd qəbulu aparılan 19 vakant vəzifəyə (6 qadın dini ayinlərin icraçısı, 3 imam, 10 imam müavini) 113 qadın, 180 kişi olmaqla, ümumilikdə 293 nəfərin müraciəti qeydiyyata alınıb.

6 vakansiya üzrə keçirilən müsahibə prosesində qadın namizədlərdən 23, imam və imam müavini vəzifələrinin tutulması üçün 13 vakansiya üzrə 52 nəfər müvəffəqiyyət qazanıb.

Sənədləri qeydiyyata alınan 18 nəfər (9 kişi, 9 qadın) müsahibədə iştirak etməyib.

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə DQİDK tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb. Bu qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr həyata keçirilir.


Son baxılan xəbərlər

Ucarda gənclərlə maarifləndirici görüş təşkil olunub

Xəbərlər
28.03.2019 / 16:39
Ətraflı oxu

Sabirabadda "Sülh aylığı" çərçivəsində tədbir keçirilib

Press-relizlər
02.09.2019 / 14:11
Ətraflı oxu

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbərlər
13.06.2018 / 16:13
Ətraflı oxu

"İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir" kitabı

Kitablar
21.12.2015 / 17:14
Ətraflı oxu

Tbilisidə “Dinlərarası dialoqda dövlətin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
27.09.2023 / 15:26
Ətraflı oxu

Zaqatalada “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar-müşavirə keçirilib

Xəbərlər
20.06.2023 / 15:10
Ətraflı oxu