Dövlət Komitəsinin sədri Ucarda vətəndaşları qəbul edib

Xəbərlər / 19.09.2023 / 14:45

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 19-da Ucar, Kürdəmir, Göyçay və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl DQİDK sədri Mübariz Qurbanlı və Ucar Rayon  İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbula gələn vətəndaşlar dini icmaların kitablarla təmin edilməsi,  dini təhsil, dini maarifləndirmə işinin genişləndirilməsi, habelə digər məsələlərlə bağlı müraciətlər ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.


Son baxılan xəbərlər

Apellyasiya komissiyasına müraciət etmək istəyənlərin nəzərinə!

Xəbərlər
21.09.2023 / 17:51
Ətraflı oxu

Samuxda və Qəbələdə maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
18.09.2023 / 14:12
Ətraflı oxu

Prezident İlham Əliyev: "Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq"

Xəbərlər
21.09.2023 / 09:23
Ətraflı oxu

Lənkəran və İmişlidə “Sülh aylığı” çərçivəsində maarifləndirmə tədbirləri keçirilir

Press-relizlər
20.09.2023 / 17:23
Ətraflı oxu

Polşa Müsəlmanları İttifaqının sədri qeyri-islam dini qurumlarının rəhbərləri ilə görüşüb

Xəbərlər
19.09.2023 / 17:34
Ətraflı oxu

Xaçmazda yerləşən N saylı hərbi hissədə dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
19.09.2023 / 16:32
Ətraflı oxu